Günlük xəbərlər

gulu1096
❗️Məlumata görə, atışma baş verən erməni postlarına tez-tez təcili yardım maşınları qalxır, onlar içərisi dolu silahlılarla qalxır, çoxlu sayda yaralılarla qayıdırlar.

Ermənistanın Geqamasar (Şişqaya) kəndinin bələdiyyə sədri Akob Avetyan təcili tibbi yardım maşınlarının mütəmadi postlara qalxdığını təsdiqləyib.

❗️Qeyd edək ki, bu cür məlumatların əksəriyyəti qeyri-rəsmi olub, sosial şəbəkələrdə paylaşılır.

#DİQQƏT❗️İndiki halda "ermənilərin 40 itkisi var" xəbəri əsassızdır.

❗️Bu tip məlumatlar 1000-2000 izləyicisi olan Türk Twitter hesablarında yayılır və bizim mediada tirajlanır.

BU VAXTA QƏDƏR DƏQİQ BİLDİKLƏRİMİZ:

☑️Ermənilərin 16:00 radələrində Kəlbəcərlə sərhəddə təxribat törətməsi;
☑️1 hərbçimizin şəhid olması;
☑️Cavab tədbirlərinin həyata keçirilməsi;
☑️Ermənilər tərəfdən yaralananların olması;
☑️22:20-ə qədər atışmanın davam etməsi;
☑️Atışmanın nisbətən səngiməsi;
☑️Sərhəddə PUA-dan itifadə edilməməsi.

#❗️Şirvanda "patı" satan 5 nəfər saxlanılıb

#🇦🇿Azərbaycan Ordusunun Kəlbəcərdə şəhid olan giziri dəfn edilib.

#Bakıda qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilir.

Ötən gündən etibarən Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb.

#❗🇦🇲Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, tağım komandiri Arsen Mirzoyan bu gün avtomobil qəzasında ölüb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, hadisə bu gün səhər 05:30 radələrində İrəvan-Arazdəyən magistral yolunda baş verib.

"Niva" markalı avtomobil yolun hərəkət hissəsini tərk edərək ağaca çırpılıb və aşıb. Mirzoyan hadisə yerində ölüb.

#❗🇦🇿1-ci Qarabağ müharibəsində "Daşaltı əməliyyatı" zamanı şəhid olan Nazim Məhərrəmovun oğlu polis kapitanı Səttar Məhərrəmzadə Şuşa Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin edildi.