Günlük xəbərlər

gulu1096
Xocalının işğaldan azad edilmiş ərazisində iki nəfər minaya düşüb.

Xocalı rayon prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalarla həmin ərazidə tikinti işləri aparan şirkətin əməkdaşları Tahir Mahmudov və Yasin Mehralıyevin piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

#Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən xarici vətəndaş 10 il azadlıqdan məhrum edilib.

O, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan başqa, hökmdə qeyd edilib ki, E. Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

# 🇦🇿Bu gün Bakının Xətai rayonunda Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov adına parkın açılışı olub.

#Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib.

“Seat” markalı avtomobilin qadın sürücüsü işıqforun qırmızı işığından keçib. Bu zaman o, Əhməd bəy Ağaoğlu küçəsindən keçən “BMW” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində qadın xəsarət alıb. Hadisə yerinə polislər cəlb edilib.

#Bu gün erməni terrorçu silahlı birləşməsinin daha 13 üzvünün məhkəməsi davam etdiriləcək.

#Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür.

#❗🇦🇿⚽️ "Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu 0-1

🇹🇷Türkiyənin "Qalatasaray" futbol komandası isə Hollandiyanın "PSV Eindhoven" komandasına 1:5 hesabı ilə məğlub oldu.

#❗🇦🇿Prezident İlham Əliyev Daşkəsəndə səfərdədir

#🦠🇷🇺Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasının “Braziliya ştammı” aşkar edilib. Rusiya ərazisində koronavirusun “Delta” ştammı daha geniş yayılıb.

#❗Ağcabədi rayonunda yenidoğulan oğlan uşağı küçəyə atılıb

#SON DƏQİQƏ❗Karantin rejimi 1 sentyabra qədər uzadıldı

#Nizamidə “patı”, “şüşə” satan şəxs saxlanılıb.

#🇦🇿Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 6 qazimiz sağalaraq Vətənə geri dönüb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Avqustun 30-na qədər həftəsonları ictimai nəqliyyat, o cümlədən metro işləməyəcək.


❗️TƏBİB: "Təəssüf ki, qazilərimiz arasında intihar halları artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər"

🇦🇿❗️Azərbaycan polisi növbəti əməliyyat zamanı "patı" satan 16 nəfər tutub

🇦🇿🇷🇺 İlham Əliyev: "Rusiya və Azərbaycan hər ikisi eyni yanaşmadadılrlar - hər ikisi hesab edir ki, Qarabağda münaqişə bitib"

🚄Şuşaya dəmir yolu xətti çəkiləcək.

#Dövlət Əmək Müfəttişliyi Xidməti: Hava şəraitinə görə işə fasilə verilməsi işçinin əmək haqqına təsir etməməlidir.

#Sabirabadda polis gözətçini öldürdü.

İyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanın meyitinin tapılması ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun münaqişə zəminində tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əliağa Soltanov tərəfindən xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

🇦🇿🇹🇷"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır.

Bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir:

“Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - C.Qurbanov qeyd edib.

Sumqayıtda ana 6 aylıq körpəsindən imtina edib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini Günel Novruzova 6 aylıq oğlunu nənəsinin yaşadığı ünvana gətirərək orada qapının ağzında qoyaraq qaçıb. Uşağın nənəsi Rəbiyyə Novruzova bildirib ki, qızı illərdir evdən çıxıb və bir daha geri qayıtmayıb. R. Novruzova körpəyə baxmaq imkanı olmadığına görə onu aidiyyəti qurumlara təhvil verib.

6 aylıq körpə oğlan uşağı Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının həkimləri tərəfindən Sumqayıt şəhər Uşaq xəstəxanasına yerləşdirilib.