Günlük xəbərlər

gulu1096
❗Şirvanda "patı" satan 3 nəfər saxlanılıb

Onların şəhər sakinləri Nurlan Qədirli, Pərviz Qəmbərov və Gülnar Ağayeva olduqları müəyyən edilib.


#💍Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir. ☑️O, Elçibəyin köməkçilərindən olmuş qohumu Mirhadi Yusiflinin qızı Aytək xanımla ailə həyatı qurur. ✅Onların "qız toyu" iyulun 22-də Naxçıvanın Kələki kəndində, "oğlan toyu" isə iyulun 30-da Bakıda gerçəkləşəcək.


#💉Azərbaycan Tacikistana 40 min doza “Vaxzevria” peyvəndi göndərib.

#🚒Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binası yanır.

🚨İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

# 🇫🇷🦠Fransada koronavirusun dördüncü dalğası başlayır, sərtləşdirmə gözlənilir.

#❗Abşeron rayonu, Qobu qəsəbəsində qətl törədib,iz itirmək üçün evi və meyiti yandıran Lənkəran rayon sakini Cahangir Ramazanov saxlanılıb

#Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Abdullayev "QARABAĞ" ordeni ilə təltif edildi.
"Vətən uğrunda" medalı
"Cəbrayılın azad olunmasına görə" Medalı
"Füzulinin azad olunmasına görə" medalı


#Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan istefa verib.

"Sputnik Armeniya”ya istinadən xəbər verilir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.


#❗🇦🇿🇺🇸🇦🇲ABŞ Azərbaycan və Ermənistanı gərginliyi azaltmağa və danışıqları bərpa etməyə çağırdı

#Rusiya yaxın vaxtlarda Azərbaycana nümayəndə heyəti göndərəcək

#Prezident İlham Əliyev regionda münaqişədən sonrakı vəziyyətə daimi diqqətinə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib.

Dövlətimizin başçısı deyib: “Ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

🚨Biləsuvarda yeniyetmə əmisi oğlunu çayda xilas edərkən özü batıb.

ℹ️Şəhər sakini, 2006-cı il təvəllüdlü Fərid Seymur oğlu Məmmədov çayda çimərkən ondan yaşda kiçik olan əmisioğlunu boğulmaqdan xilas etsə də, özü boğulub.

#🇦🇲❗️Ermənistanın Mərkəzi Seçki Komissiyasının katibi Armen Smbatyan 18 nəfər deputatlığa namizədin öz mandatından imtina etdiyini açıqlayıb.

Smbatyanın sözlərinə görə, onların arasında Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan da var.

#🚨Şabranda bacısını su kanalına ataraq öldürən şəxsə hökm oxunub. Hökmə əsasən, E. Abdulov 9 il müddətinə azadlıqdan məhrum edilib.

# 🇮🇷İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi: “Şuşada namaz qılmaq Allahdan arzum idi. Şuşanı görəndən sonra çox narahat idim. Bu cür şəhəri uçurdalar, dağıdalar, zəbt edələr, 30 il yaşayalar, sonra da qoyub çıxıb gedələr... Belə olmaz. Allahdan istəmişəm ki, işğalçıların mühakiməsini bizə göstərməyi nəsib etsin”.

# 🚨Bakıda qəza zamanı avtomobil obyektə çırpılıb.

ℹ️Qəzaya səbəb olan "Lada Kalina" markalı avtomobilin sürücüsü saxlamadan ərazidən uzaqlaşıb. Lakin hadisə yerində ona məxsus avtomobilin ehtiyat hissəsi və qeydiyyat nömrəsi qalıb. "Opel"in sürücüsü isə yüngül xəsarət aldığını və kürək nahiyəsində ağrıların olduğunu bildirib.

#Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

# Çinin Çjençjou şəhərində yağan aramsız yağışlar nəticəsində metronun tuneli su ilə dolub.Bizim.Media xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.Mənbə yazır ki, güclü yağışlar səbəbindən şəhər metrosunun beşinci xəttinin üstündəki dayanacaqda su yığılıb. Su vaqonların hərəkət etdiyi tunelə daxil olub.Rəhbərlik təcili olaraq metroya cərəyanın verilməsini dayandırıb, lakin vaqonlardan biri su ilə dolu tuneldə qalıb.

500 nəfərə yaxın şəxs təxliyə edilsə də, 12 nəfərin həyatını xilas etmək mümkün olmayıb.Xilsaetmə əməliyyatı zamanı 5 nəfər yaralanıb. Sinoptiklərin məlumatına görə, şəhərdə yağışlı hava davam edəcək.

# ❗Bakıda özünü binadan atan şəxs, təcili yardımdan qaçıb ev soydu.

# Sosial şəbəkədə yayılan məlumata görə Astarada 16 yaşlı qızı 30 yaşlı oğlanla nişanlayırlar. Faktla bağlı hələ ki, rəsmi açıqlama yoxdur.

#🚨Ağdamda azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən 3 nəfər saxlanılıb.

#❗️Bu gün Tokio-2020 Yay Olimpiya Oyunları start götürüb.

# 🚨Bakı-Qazax yolunda magistral yola yağ dağılması nəticəsində 6 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

#🇦🇿Xocavənd rayonu ərazisində yeni hərbi hissələrin açılışı olub

Hərbi birlik komandiri general-mayor Mais Bərxudarov yeni hərbi hissələrin açılışı və Qurban bayramı münasibətilə Ali Baş Komandanın və Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.


#🚨Astarada 16 yaşlı qıza nişan mərasimi keçirilməsinin qarşısı alınıb. Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.


#Samur-Abşeron su kanalında bir nəfər batıb. 1998-ci il təvəllüdlü Nurəlizadə Güləli Emin oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


#❗🇦🇿Anar Vəliyev oktyabrın 11-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub

Ruhun şad olsun !


"İnsan var özünü qurban edir, insan da var özünə qurban axtarır. Hardadır sizin insanlığınız, hanı sizin mərhəmətiniz? Biri 5 yaşlı uşağın dilini kəsir, üzərində siqaret söndürür. Kimsiz siz? Nəsiniz siz? Ölümünüzə qədər lənətlənmişlərsiniz".



Müğənni son günlər baş verən hadisələrlə bağlı paylaşıb edib:

"Digəri pişiyin ayağını kəsir… Birinci deyil, ikinci deyil, bu gedişlə deyəsən, sonuncu da olmayacaq. Bu günah çiyinlərində ola-ola balana necə çörək aparıb yedizdirə bilirsən?! Bu vəhşiliyi Tanrı bağışlayacaqmı?

Mən deyəndə Allah yalnız bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər. Allahın hakəm (hökmü rədd edilməyən, haqqı yerinə yetirən), ƏDL (ədalətsizliyə yol verməyən, adil), qadir (qüdrətli, istədiyinə gücü çatan), muntəqim (günahları ədalətlə cəzalandıran) isimləri də var. Yaradan, yaratdıqlarına bunu rəva bilənlərə rəhm edəcəkmi? Cəhənnəmi də bu humanizmdən uzaq mürvətsizlər üçün yaradıb və çoxdan qalayıb. Qarğımağı sevmirəm, amma qarğış yağdırmamaq üçün özümü güclə saxlayıram".

# ❗🇦🇲 Ermənistanın müdafiə nazirinin müavini Suren Sahakyan, Nikol Paşinyan tərəfindən vəzifəsindən azad edildi.

Qeyd edək ki, dünən Ermənistanın müdafiə naziri istefa vermişdi

#❗🦠Koronavirusun "delta" variantı ilə yanaşı mutasiyaya uğramış "beta" variantı dünyada yayılmağa başladı.

Vaksinlərin həmin növə qarşı effektivliyi bilinmir. Səhiyyə təşkilatları bildirirlər ki, vaksinlər orijinal koronavirus üçün hazırlanıb.

Bu səbəbdən digər versiyalara qarşı effektsiz ola bilərlər.

# Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyat müddəti uzadılıb.

# ❗🇬🇪COVID-19-un dördüncü dalğası artıq Gürcüstandadır.

Son 3 həftə ərzində 4 min uşaqda koronavirus aşkar edilib,2 körpə koronavirusdan vəfat edib.

#🚓Hacıqabul rayonunda "patı" satan şəxs saxlanılıb.