Günlük xəbərlər

gulu1096
YOLUXMA SAYI YENİDƏN ARTDI❗
SON DƏQİQƏ❗️Bu gün 255 yeni yoluxma, 94 nəfər sağalıb, 1 nəfər COVİD-19-dan vəfat edib

DƏHŞƏT❗5 yaşlı uşağın köməksiz vəziyyətindən istifadə edərək mütəmadi olaraq döyüb hər iki qulağını sındırıb, hər iki yanağını və dilini dişlərilə dişləyib xəsarət yetirib, çəkdikləri siqareti yanılı vəziyyətdə onun qollarına, bədəninin müxtəlif nahiyyələrinə basaraq güclü fiziki ağrı və psixi iztirablarla əzab verən Ana və Tanışı saxlanıldı

Şirvanda “patı”və “şüşə” adlanan narkotik maddə satanlar saxlanılıb.

Çindən daha bir "ilk": veterinar meymun virusundan öldüİlk dəfə 1932-ci ildə aşkar edilmiş virus meymunla birbaşa kontakt və ya orqnizmlərin ifrazatlarının mübadiləsi zamanı yoluxa bilər.Çində ilk dəfə olaraq B meymun virusundan insanın ölməsi faktı qeydə alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Global Times yazır.

Qeyd olunur ki, vəfat edin 53 yaşlı Pekin sakini, veterinardır. Martın əvvəlində o, özünün primatlar üzərində tədqiqat işi çərçivəsində iki ölü meymunu yarıb. Bir ay sonra onda ürəkbulanma, qusma və titrətmə yaranıb. Kişi mayın 27-də keçinib.

Onun ölümünü tədqiq edənlər belə nəticəyə gəliblər ki, kişi B meymun virusuna (BV) yoluxub. Əvvəllər Çində bu infeksiyadan ölüm halı, hətta kliniki aşkar yoluxma halı da qeydə alınmayıb.

Qeyd olunur ki, veterinarın yaxınları da test olunublar, ancaq onlarda meymun virusu aşkarlanmayıb.

İlham Əliyev: “Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi demək olar ki, 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir”.

Lənkəranda “patı” satan daha 4 nəfər saxlanıldı.

❗🇦🇿 Müdafiə naziri xidməti müşavirə keçirib

Müdafiə naziri gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Sabah bacarın küçədə az olun - 44 dərəcə 🌞 olacaq

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib.

Onun ölümünə koronavirus infeksiyası səbəb olub.