Günlük xəbərlər

gulu1096
💉Dünyada peyvənd olunanların sayı 3 milyard 540 milyonu keçib.

#"ASAN" mərkəzləri 17 iyul tarixində xidmət göstərəcək.

# Lənkəranda növbəti “patı” əməliyyatı keçirilib, 7 nəfər saxlanılıb.

#🚨Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

ℹ️Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən gənc qadını vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

#Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutulub.

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

İyulun 17-si saat 08:30-dan isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

#Bakının Suraxanı rayonunda 6 yaşlı oğlan su kanalında boğularaq ölüb.

6 yaşlı Elvin Süleymanov su kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

#Sabahdan Azərbaycanda 4 günlük bayram tətili başlayır.

#Bakıda supermarketlərin birində gənc oğlan qəflətən ölüb.

Bildirilir ki, adı hələ ki, bilinməyən gənc oğlan qəflətən halı pisləşərək yerə yıxılıb. hadisə yerinə dərhal təcili tibbi yardım əməkdaşları çağırılıb. Ancaq TTY işçilərinin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib.

# 🚅Bakı metrosunda maşinistsiz idarəetmə sistemi tətbiq olunacaq.

✅Qatarların maşinistsiz idarəetmə sisteminin tətbiqi ilkin olaraq Bənövşəyi xətdə tətbiq olunacaq, bu da sözügedən xəttin inşasının bitəcəyi vaxtdan asılıdır.

#🚨Ermənistan ordusunun hərbçisi ölüb. Bildirilib ki, iyulun 16-sı axşam saatlarında N saylı hərbi hissənin əsgəri, 2001-ci il təvəllüdlü Artur Kazaryan əsgər yoldaşının silahla ehtiyatsız davranması nəticəsində ölümcül yara alıb və həyatını itirib.

#Nabranda 13 yaşlı oğlan dənizdə batıb. Yeniyetmənin cəsədi sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#Göygöldə hərbçiləri daşıyan maşın qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb .

Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfərin vəziyyətinin orta-ağır olması səbəbindən isə hospitala yerləşdirilib. Xoşbəxtlikdən hadisə zamanı ölən olmayıb.

Dənizdə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.

#Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

#İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər.

#Azərbaycanda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılığa məruz qalması ilə bağlı cinayət işi açılıb.


Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir.

APA-nın xəbərinə görə, Aİ Şurasının Prezidenti Şarl Mişel Şamaxı rayonunda Cümə Məscidində olub.

Prezident İlham Əliyev Xalq artisti, şəhid atası Əli Nura 4 otaqlı mənzil hədiyyə edib.