Günlük xəbərlər

gulu1096
Futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunlarına ilk dəfə ev sahibliyi edəcək paytaxt Bakının əsas ictimai nəqliyyat vasitələrindən olan metropoliten də sərnişinlərinə xidmət edəcək.

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, birinci Avropa və İslam Həmrəylik oyunlarında, futbol üzrə UEFA Avropa liqasının final matçında olduğu kimi, Bakı metropoliteni bu dəfə də sərnişinlərinə nümunəvi xidmət göstərməyə hazırdır. Bununla əlaqədar bütün hazırlıqlar başa çatdırılıb.

Şəhərimizdə futbol ovqatını gücləndirmək məqsədilə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi sərnişindaşıma fəaliyyətinin bərpa olunduğu qısa müddət ərzində bir çox yeniliklərini və müjdəli xəbərlərini də təqdim edir.

Məlumdur ki, “A” qrupunun 3 oyunu (12, 16 və 20 iyun) və 1/4 final matçı (3 iyul) metropolitenin “Koroğlu” stansiyasının yaxınlığında yerləşən Bakı Olimpiya Stadionunda keçiriləcək. Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək. Beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər.

Futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək. Qeyd edək ki, Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gedişhaqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.

Ümumiyyətlə, oyun günləri “Koroğlu” stansiyasında operativ qərargah fəaliyyət göstərəcək. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsinə, hərəkətin tənzimlənməsinə və digər vacib qərarların verilməsinə şərait yaradılıb. Stansiyada müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.

Gücləndirilmiş iş rejimi qaydasında çalışan metropolitendə müvafiq rəhbər və mütəxəssis heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək. Onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. Müvafiq dövlət strukturları və yarışın təşkilat komitəsi ilə sıx əlaqəli şəkildə Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” stansiyasına giriş-çıxışın tənzimlənməsi təmin olunacaq. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar xəttə çıxarılmağa hazır olacaq. “Koroğlu” stansiyasında sərnişinlərin yönləndirilməsinə zərurət yaranarsa, səsucaldanlardan istifadə ediləcək.
[12.06 00:12] +994 55 973 44 75: Türkiyə 0 - 1 İtaliya

Merih Demiral avtoqol müəllifi olur

AVRO-2020 Türkiyə və İtaliya millilərinin oyunu ilə start götürür-YENİLƏNİB-4

***

İlk hissə 0:0 hesabı ilə sona çatıb.

***

Türkiyə 0:1 İtaliya 53'

***

Türkiyə 0:2 İtaliya 66'

***

Türkiyə 0:3 İtaliya 79'

***

Oyun başa çatdı. Türkiyə millisi 0:3 hesabı ilə İtaliya millisinə məğlub oldu