günlük xəbərlər

gulu1096
SAY YENƏ AŞAĞIDIR❗️Azərbaycanda bu gün koronavirus infeksiyasına 1213 yeni yoluxma faktı qeydə alınıb, 2104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölüm sayı: 21

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.

DİN-dən bildirilib ki, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.

Qol nahiyəsindən yüngül xəsarət alan polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Türkiyə Şuşada konsulluq açır.

Şuşada Türkiyə konsulluğunun açılması yönündə qərar verilib. Şuşada konsulluğumuz açılacaq” - bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

Azad Rəhimovun oğlu: "Dəfn mərasiminə gəlməməyinizi xahiş edirik"

🇦🇿🇹🇷İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mayın ikinci yarısında Şuşanı ziyarət edəcəklər.

Göyçayda bazarda satıcılıq edən koronavirus xəstəsi saxlanıldı

“Sputnik V” vaksininin ilk partiyası Azərbaycana bu gün gətirilir.