google maps müharibəsi

huseynsoy
​​"Google Maps" müharibəsi

Artıq əksəriyyətimizə məlumdur ki, tarixdə çox qəribə səbəblərdən irəli gələn müharibələr olub. Bu müharibələrdən biri də "Google Map" müharibəsidir.

"Google Map" üzərində Nikaraqua və Kosta-Rika arasındakı dövlət sərhəddinin səhv göstərilməsi və nəticədə Nikaraqua silahlı qüvvələrinin "Google Map"-da olan sərhəd xəttini əsas götürərək Nikaraqua və Kosta-Rika sərhəd zolağını keçib orada düşərgə salması, hər iki dövlət arasında münaqişənin artmasına səbəb olmuşdur.
Nikaraqua silahlı qüvvələri Kosta-Rika ərazisində yerləşdikdən sonra ərazidəki Kosta-Rika bayrağını edirmişlər və ərazidə müəyyən təsərüffat işləri aparmışlar.

Bu hadisə Kosta-Rikada kifayət qədər böyük əks-sədaya səbəb olub. Ölkə prezidenti Laura Çinçilya dövlət televiziyası ilə çıxış edərək, ölkə ərazisnə müdaxiləni pisləyib.

"Google" rəsmisi şirkətin xəritəçəkənlərinin 2,7 kilometrlik ərazini səhvən belə göstərdiklərini bildirmişdir və üzr istəmişdir.
Nikaraqualılar üzrü qəbul etsələr belə, öz silahlı qüvvələrini geri çəkməmişlər. Nəticədə isə Nikaraqua gücləri həmin problemli əraziyə nəzarət etməyə başlamışlar.

✅Daha çox məlumat üçün qoşul:
https://t.me/azpediagoogle maps müharibəsi
foto