georgiyevsk müqaviləsi

sehranin guli
𝗢𝘅𝘂 𝗕𝗶𝗹 𝗨𝗻𝘂𝘁𝗺𝗮.
"𝐆𝐞𝐨𝐫𝐠𝐢𝐲𝐞𝐯𝐬𝐤 𝐦ü𝐪𝐚𝐯𝐢𝐥ə𝐬𝐢".
1802-ci ildə Georgiyevsk şəhərində Rusiya höküməti tərəfindən təşkil edilmiş görüş keçirildi. Görüşdə Dağıstan feodal hakimlərinin nümayəndələri ilə yanaşı, Quba və Lənkəran xanlıqlarının nümayəndələri də iştirak edirdilər.
〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰
𝐐𝐄𝐘𝐃: Digər Azərbaycan xanlıqları görüşdə iştirak etmirdilər, onlar Rusiya ilə Qacar sarayı arasında seçim qarşısında qalmışdılar.
〰〰〰〰〰〰〰〰〰〰〰〰〰〰
#Georgiyevskdəki danışıqlar nəticəsində tərəflər arasında müqavilə imzalandı.(1802-ci il 26 dekabrda Rusiya ilə Şimali Qafqaz hakimləri və bəzi Azərbaycan xanları arasında idi).
〰〰〰〰〰〰〰〰〰〰〰〰〰
🔹 Müqavilədə deyilirdi ki, "onu imzalayanlar öz arzusu ilə" Rusiyanın himayəsinə qəbul oluna bilərdilər. 𝐑𝐮𝐬𝐢𝐲𝐚 isə onların müstəqilliklərinə toxunmayacaqdır.
🔹 Müqavilə Cənubi Qafqazda ticarətin genişləndirilməsini, Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. məsələləri də nəzərdə tuturdu.
◾️▫️◾️▫️◾️▫️◾️▫️◾️▫️◾️▫️◾️▫️