gəlinlik

shabi
*Türk dünyasında ilk gəlinliyi kim geyinib?!*
_Gəlinlik paltarının tarixi_Bir zamanlar çoxları üçün əlçatmaz olan hazırda isə hər kəsin istəyinə uyğun tikilən gəlinlik paltarının maraqlı tarixçəsi:
Azərbaycan toylarında gəlinin paltarı qədimdə "bəzənik" adlanırdı, lakin bölgələrə görə fərqli ad daşıyıb. Məsələn, Naxçıvanda gəlinin paltarına "kəfrəm" deyilirmiş. Dünyanın müxtəlif ölkələrində isə gəlinlik müxtəlif formada olub. Qədim Misirdə qız toyu günü "kalaziris" adlı don geyinərmiş. Orta əsrlərdə Yunanıstanda gəlinin başı qızılı rəngli parça ilə örtülərmiş. Bu, sevinc, var-dövlət, xoşbəxtlik əlaməti hesab olunarmış. Qafqazda toy paltarı qızılı və gümüşü saplarla bəzədilərdi. Üstündən isə gümüş toqqa bağlanır, şal atılır, yaylıq və fata əlavə olunardı. Qərbdə gəlini yad baxışlardan qorumaq üçün duvaqdan istifadə edilərdi. İsveçdə və Norveçdə sadə təbəqənin xanımları qara rəngı üstünlük verirdi.Orta əsrlərdə İngiltərədə qırmızı rəng qadağan idi. Çünki bu rəngdə olan paltarları yüngül həyat tərzi sürən qadınlar geyinərdi. Ağ rəng isə uzun müddət matəm və kədəri əks etdirib. Avropalı kraliçalar matəm zamanı ağ libasda olardılar. İlk dəfə ağ gəlinliyi 1499-cu ildə Xll Lüdoviklə toy mərasimində Fransa kraliçası Bretoniyalı Anna geyinib.Ağ gəlinliyi dəbə gətirən isə 1840-cı ildə İngiltərə kraliçası Viktoriya olub. Sonralar İngilis xanımlar gəlinliklərini kraliçanın paltarına bənzətməyə başlayıblar. Slavyan xalqları da ağ gəlinlikdən uzaq idilər. Türk dünyasında isə ilk gəlinlik donunu Osmanlı sultanı ll Abdulhəmidin üçüncü qızı Naimə sultan geyinib. Ağ rəngli gəlinliyi geniş kütlələr üçün əlçatan edən isə Koko Şanel olub. 1960-cı illərdən başlayaraq Avropa və Amerikalı gəlinlər orta və qısa ətəkli gəlinliklərdə görünərdilər. Hindistanda qırmızı və qızılı rəngə üstünlük üstünlük təşkil edir. Onlarda bu gün də ağ rəng matəm rəmzidir. Yaponiyada gəlin nazik ipəkdən olan qar rəngli libasda və tünd rəngli örtükdə olur. Afrika gəlininin geyimindən çox bərbəzəyi və naxışları üstünlük təşkil edir. Hollivud ulduzu, Monako şahzadəsi Qreys Kellinin məşhur gəlinlik donu iki "Oskar" sahibi, geyim üzrə rəssam Helen Rouz tərəfindən tikilmişdir. Aktrisanın fatası min mirvari ilə bəzədilmişdir. Dünyada ən məşhur gəlinlikdərdən biri də Şahzadə Dianaya aiddir. 10 min mirvari ilə bəzədilən gəlinliyin bənzəri hərracda 100 min avroya satılıb.Əsli isə Britaniya krallarının iqamətgahında saxlanılır. ABŞ-ın birinci xanımı olmuş Jaklin Kennedinin gəlinliyini isə Afroamerikalı dizayner Enn Lou tərəfindən hazırlanmışdır. O zaman ABŞ'da irqçilik olduğu üçün qaradərili dizaynerə cəmi 500 dollar verilmişdi. Jaklin bu libası bəyənmir və "hansısa rəngli qadın" tərəfindən tikildiyini deyir. Dünyada ən bahalı gəlinlik isə 2006-cı ildə tikilib. Bu gün də alıcısı tapılmayan 12 milyon dollarlıq libas hər biri 15 karat olan briliyantlarla bəzədilib.