fungi

nurlan mamiyev
Ölümün yenidən həyata çevrildiyi əfsanəvi yer!

Üst hüceyrələri tamamilə çürümüş pəncə skeleti ovucunda bu xoş rəngi olan göbələkləri (latın dilində fungi) yetişdirir. Sonrakı mərhələdə göbələklər böyüyüb boz rəngi əldə edəcəklər. Cansız orqanizm qalığının müəyyən zaman ərzində yenidən canlandığı nöqtədə qarşımıza ayrı-ayrı rollara sahib canlılar çıxır. Bu rollar başlanğıcda bakteriyaların olur. Daha sonra müxtəlif böcəklər, eləcə də leşyeyən quş və məməlilər canlı hüceyrə qalıqları ilə qidalanır. Qidalanma yumşaq hüceyrə bitənə qədər davam edir. Fiziki parçalanmadan sonra çürüməylə birgə artan maye miqdarı torpaqda növbəsini gözləyən göbələk sporlarının yetişməsinə imkan verən nəm faizini artırır.
fungi
foto