filin ipi

markalogiya
*_Filin ipi 🐘_*
*Adamlardan biri fil düşərgəsindən keçərkən çox qəribə bir mənzərə ilə qarşılaşır. Fillərin qəfəslərdə və ya zəncirlərdə saxlanılmadığını görür. Onların düşərgədən qaçmasına mane olan tək şey, ayaqlarından birinə bağlanan kiçik bir ip parçasıdır.*
***
*Kişi fillərə baxarkən məəttəl qalır. Fillər kəndiri qırıb düşərgədən qaçma gücünə sahib idilər. Bir az daha diqqətlə baxaraq başa düşdü ki, bunu asanlıqla edə bilsələr belə, heç çalışmadılar.*
***
*Adama maraqlı idi. Dərhal yaxınlıqdakı fil təlimçisinə müraciət etdi. Fillərin niyə dayandığını və qaçmağa çalışmadığını soruşdu. Təlimatçı sakitcə cavab verdi:*

*-"Biz onları çox kiçik olduqda bağlamaq üçün eyni uzunluqda iplərdən istifadə edirik. Bu iplər onları o yaşda tutmaq üçün kifayətdir. Böyüdükləri zaman qaça bilməyəcəklərinə inanmaq şərti yaranır. Buna görə iplərin hələ də onları tutduğuna inanırlar. Bu səbəbdən əsla azad olmağa çalışmazlar."*

_Bir sözlə, dünya səni nə qədər saxlamağa çalışsa da, nail olmaq istədiyinin mümkün olduğuna inanıb hər zaman çalışmağa davam etməlisən. Sonra mütləq nail olacaqsan. Ola bilməsən belə uğursuzluqların hər biridə bir uğurdur unutma. Səhvlərimizdən dərs çıxarırıq. Uşaq olarkən gəzmək üçün neçə dəfə cəhd etmiş, yıxılmış, ağlamışıq amma sonda bacarmışıq, çünkü gəzmək isyəmişik. İstəmək və çalışmaq. Nə gözləyirsən başla)_