eyfel

shabi
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir.
"Eyfel" adı qülləyə onu inşa edən memarın - Qustav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir.
Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir.

Həmçinin bu qüllə ilə bağlı bir çox maraqlı məlumatlar da vardır. Deməli, 4 fevral 1912-ci ildə Avstraliyalı Frans Reyşeld özü hazırladığı paraşutla qüllənin 60 m hündürlüyündən tullanmaq istəyir və havada olarkən paraşut açılmır. Çox təəəssüf olsun ki, onun bu hərəkəti böyük bir kədərlə nəticələnir. 1925-ci ildə isə kələkbaz Viktor Lyustiq bu tikilini metalloma satmaq istəyir. Üçüncü mərtəbədən baxarkən qüllənin ətrafındakı ərazilər günəşin şüalarının köməyi ilə tam 140 km ətrafı görmək mümkün olur. Hazırda qüllədən televiziya, radio stansiyası, həmçinin mobil telefonların əlaqəsi üçün istifadə edilir. 2004-2005-ci illərdə isə 2012-ci ilin Yay Olimpiya oyunlarının bu şəhərə salınması üçün reklam yerləşdirilmişdi. 1989-cu ildə tikilinin tam 100 yaşı qeyd edildi. Parisdə baş verən ən güclü küləklər belə bu qülləyə ziyan gətirmir, lakin isti günəş bura təsirsiz ötüşmür. Hazırda Qüllənin üzərində olan mayak ora 1 yanvar 2000-ci il tarixində qoyulmuşdur və 80 km uzaqlıqdan görmək mümkündür.