Ermənilərin Gəncədə törətdikləri terrordan bir il ötür

gulu1096
Ermənilərin Gəncədə törətdikləri terrordan bir il ötür
foto

Ermənilərin Gəncədə törətdikləri terrordan bir il ötür

Bu gün erməni terrorçularının Gəncədə törətdikləri terrordan bir il ötür

Turaz.org xatırladır ki, Ermənistan ordusu ötən ilin bu günü cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəni hədəf aldı.

Düşmənin məqsədli şəkildə şəhərin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını ağır artilleriyadan – “Skad” raketlərindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla, 10 nəfər həlak oldu.

Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla, 40-dək insan yaralandı. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!