əqli gerilik

ilkane musayeva
ƏQLİ GERİLİK

Əqli gerilik psixikanın ləngiməsi və ya qismən ləngiməsidir. Adətən üç yaşlı uşaqlarda rast gəlinir, bəzən erkən məktəb yaşlarında da əmələ gəlir.Əqli geriliyin yaranmasının bir çox səbəbləri mövcuddur, lakin onların hamısının yaranma səbəbləri sonadək məlum deyil. Əqli geriliyin inkişafına təsir göstərən faktorları iki qrupa ayırırlar: ekzogen (xarici) və endogen (daxili). Onlar dölün ana bətnində inkişafı dövründə və körpənin həyatının ilk aylarında və ya illərində təsir göstərə bilər. İnkişafın kəskin pozuntusuna səbəb olan bir çox faktorlar var.Onlardan ən geniş yayılmışları aşağıdakılardır:

Qadının hamiləlik dövründə keçirdiyi ağır infeksion xəstəliklər - qızılca, skarlatina, qrip və s.
Metabolizmatik xəstəliklər, məsələn, trioid stimullaşdırıcı hormonun aşağı olması (TSH);
Zərbə nəticəsində dölün travmatik zədələnməsi. Əqli zəiflik doğuş zamanı yaranan travmalar nəticəsində yarana bilər;
2
admin admin
Çox gözəl izzah etmisiniz.
ilkane musayeva ilkane musayeva
Diqqətiniz üçün təşəkkürlər