emosianal yemək pozuntusu.

gulu1096
emosianal yemək pozuntusu.
foto

🍔Emosional yemə pozuntusunu, yaxşı hiss etmək üçün yemək yemə ehtiyacı olaraq açıqlaya bilərik. Əgər artıq çəkinizin olması sizi narahat edirsə və faydalı olmasında baxmayaraq diyeta tutmaqdan, sağlam qidalanmaqdan qaçınırsınızsa, stresli zamanlarda özünüzü yemək yeyərək rahatlatmağa və bu şəkildə yaxşı hiss etməyə çalışırsınızsa, müsbət bir hadisədə (ad günü, işdə və ya dərslərdə, imtahanda uğur qazanmaq) yemək yeyərək bunu qeyd etmək və özünüzü yemək yeyərək “mükafatlandırmaq” istəyirsinizsə ,sadalanan halları tez-tez yaşayırsınızsa bunun səbəbi emosional yemə pozuntusu ola bilər.

🍟Bu problemi yaşayan insanlar, əsasən həyatlarını davamlı olaraq yemək yemə ehtiyacı içində keçirir. Bu ehtiyacın ortaya çıxardığı yemə istəyi və sonrasında gələn günahkarlıq, peşmanlıq hissi, daha sonra bu mənfi hisləri yox etmək, onlarla başa çıxmaq üçün yenidən yemək yemə istəyi ilə geri dönür və sonsuz döngü bu şəkildə davam edir. Yeməklərin gətirdiyi rahatlama hissi, bir müddət sonra mənfi hadisə və hislərlə başa çımaq üçün bir silah halına gəlir.
Düşüncə və inanclarımız yemə vərdişlərimizə təsir edir. “ Yaxşı hiss etmədikdə ən effektiv və rahat çıxış yolu yeməkdir”, “Yemək yemək həyattan zövq almağın ən yaxşı yoludur”, “Ac deyiləm amma nəsə yemək istəyirəm” “Yemək sakitləşməyin ən rahat yoludur” şəklində düşüncələr, bu problemin ortaya çıxmasına səbəb ola bilir.

🍫🍩🍬Burada diqqət etməli olduğumuz nöqtə yemək yemə davranışının davamlı fiziki ehtiyac,aclıq olaraq yox, boş zaman keçirmə, depressiv hiss etdikdə,əsəbləşdikdə, münaqişə yaşadıqda zehni və bədəni məşqul etmək məqsədi ilə ortaya çıxması və yeyilən qidaların çox vaxt fast food, şirniyyat, şokolad, yağlı qidalar kimi organizmə zərərli, qısa müddətli zövq verən qidalar olmasıdır.