eltun səfər

markalogiya
Buludlar mənimçün tənhalıq rəmzi,
Yağışsa gözümdən axan yaş oldu.
Mən sənsizliklə savaşan anda,
Gedişin qəlbimə dəyən daş oldu.

Ayrılıq qapımı döydü bir gecə,
Dedi ki, eşqini almağa gəldim.
Dedim ki, de buna bəs dözüm necə?
Mən eşq dünyasında qalmağa gəldim.

Sevgimi dəyərsiz bir əşya bilib,
Onu əldən ələ ötürəndə var.
Mən nə biləydim ki, bu zəmanədə,
Qəlbimi canımdan götürəndə var.

Bəlkə bu şeiri oxuyan zaman,
Ürəyin kövrələr, gözlərin dolar..
Birinin əlindən tutan zamanda,
Şeirim ən böyük təsəllin olar..

Eltun Səfər