Elçin Mustafazadə

gulu1096
Elçin Mustafazadə
foto

🇦🇿 *Elçin Arif oğlu Mustafazadə*
(1992, Həsənsu, Ağstafa rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, Tovuz döyüşləri şəhidi


*▪️Şəxsi məlumatlar*
*Doğum tarixi*-
1992
*Doğum yeri-*
Həsənsu, Ağstafa rayonu, Azərbaycan
*Vəfat tarixi-*
14 iyul 2020
*Vəfat yeri*-
Tovuz rayonu, Azərbaycan
*Dəfn yeri-*
Həsənsu
*Vətəndaşlığı-*
Azərbaycan
*Hərbi fəaliyyəti*
*Mənsubiyyəti*-
Azərbaycan Azərbaycan Ordusu
*Qoşun növü*-
Azərbaycan Quru Qoşunları
*Xidmət illəri*-
2020
*Rütbə-*
Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Əsgəri
*Döyüşlər*
•Tovuz döyüşləri, 2020
*Təltifləri*
"•Hərbi xidmətlərə görə" medalı — 2020

*▪️Həyatı*-
Elçin Mustafazadə 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub. O, nişanlı idi və ailə həyatı qurmağa hazırlaşırdı.

*▪️Hərbi xidməti-*
Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu idi. O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olmuşdur.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mustafazadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

*▪️Dəfni*
İyulun 14-də Elçin Mustafazadə, doğulduğu Ağstafa rayonunun Həsənsu qəsəbəsində dəfn olundu.Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva qatıldı.

*Cənnət qoxulu Şəhidim🥀🇦🇿*