düzxətli dəyişənsürətli hərəkət

trkn
Cisim bərabər zaman fasilələrində müxtəlif yerdəyişmələr icra edirsə, belə hərəkətə dəyişənsürətli hərəkət deyilir. Məsələn:tormozlanan avtomobilin hərəkəti, şaquli aşağı və ya şaquli yuxarı atılmış cismin hərəkəti dəyişənsürətli hərəkətdir. Dəyişənşürətli hərəkətdə cismin sürəti daim dəyişdiyindən sürətin orta və ani qiymətindən istifadə olunur. Orta sürəti yola görə və yerdəyişməyə görə tapırlar. Yola görə orta sürət dedikdə gedilən ümumi yolun bu yola sərf olunan zamana nisbətini, yerdəyişməyə görə orta sürət dedikdə isə yerdəyişmənin bu yerdəyişməyə sərf olunan zamana nisbətini tapırıq. Məs:cisim 1-ci saniyədə 5m, 2-ci saniyədə 10m,3-cü saniyədə 15m yol gedib. Ümumi gedilən yol S=5+10+15=30m, sərf olunan zaman isə 3 san, orta sürət v(or)=10m/san.
Cismin zamanın verilmiş anında və ya trayektoriyanın verilmiş nöqtəsindəki sürətinə ani sürət deyilir. Məsələn, avtomobildə spidometrin göstərdiyi sürət ani sürətdir.
Ədədi qiymətcə sürətin vahid zamanda dəyişməsinə bərabər olan fiziki kəmiyyətə təcil deyilir. Təcil a hərfi ilə işarə olunur, vektorial kəmiyyətdir, vahidi m/san²-dır. Akselerometr adlanan cihazla ölçülür("acceleration" ingilis sözü olub təcil deməkdir).
a=(v-v(0)) /t ( v(0)–başlanğıc sürətdir).
Trayektoriyası düz xətt olub, istənilən bərabər zaman fasilələrində sürətini eyni qədər dəyişən cismin hərəkətinə düzxətli bərabərtəcilli hərəkət deyilir. Bərabərtəcilli hərəkətin iki növü var:bərabəryavaşıyan və bərabəryeyinləşən hərəkət.
Bərabəryeyinləşən hərkətdə cismin sürətinin zaman keçdikcə artır. Bu hərəkətdə təcil vektoru sürət vektoru istiqamətində yönəlir. Zamanın istənilən anındakı sürət başlanğıc sürətdən böyük olur: v=v(0)+a•t
Bərabəryavaşıyan hərəkətdə cismin sürətinin modulu zaman keçdikcə azalır və təcil vektoru sürət vektorunun əksinə yönəlir: v=v(0)-a•t