düzxətli bərabərsürətli hərəkət

trkn
Düzxətli bərabərsürətli hərəkət

İstənilən bərabər zaman fasilələrində bərabər yol gedən və bu zaman trayektoriyası düz xətt olan cismin hərəkətinə, düzxətli bərabərsürətli hərəkət deyilir.

Cismin yerdəyişməsinin bu yerdəyişməyə sərf olunan zamana nisbətinə bərabər olan vektorial fiziki kəmiyyətə, düzxətli bərabərsürətli hərəkətin sürəti deyilir:
v=S/t
Sürət – vektorial kəmiyyətdir,

ölçü vahidi: m/san,
ölçü cihazı spidometrdir.
Düzxətli bərabərsürətli hərəkətdə sürətin istiqaməti cismin hərəkət istiqaməti ilə üst-üstə düşür.

Düzxətli bərabərsürətli hərəkətdə sürət həm istiqamətcə, həm də ki qiymətcə sabit kəmiyyətdir:
Düzxətli bərabərsürətli hərəkətdə cismin yerdəyişməsi sürətin zamana olan hasilinə bərabərdir:
S=vt
Düzxətli bərabərsürətli hərəkətdə cismin yerdəyişməsinin proyeksiyası sürətin proyeksiyasının zamana olan hasilinə bərabərdir:
Sx = vx∙t.

Düzxətli bərabərsürətli hərəkət edən cismin sürəti, bu cismin koordinatının dəyişməsinin zamana olan nisbətinə bərabərdir.

Əgər cisim X oxu istiqamətində hərəkət edirsə, onda onun sürətinin proyeksiyası müsbətdir: υx>0.

Əgər cisim X oxunun əksi istiqamətində hərəkət edirsə, onda onun sürətinin proyeksiyası mənfidir: υx<0.