düşündiyimiz anda itirdiklərimiz

sehranin guli

Hər zaman gələcəyi düşünərək yaşayırsınız. Əksəriyyətiniz belə edir. İşə gedərkən işdən sonra nə edəcəyinizi düşünürsünüz, yol gedərkən getdiyiniz yerə çatandan sonra nə edəcəyinizi düşünürsünüz, yemək yeyərkən yeməkdən sonra nə edəcəyinizi düşünürsünüz, film izlərkən filmdən sonra, kitab oxuyarkən kitabdan sonra nə edəcəyinizi düşünürsünüz. Dərs oxuyursunuz və imtahanda nə olacağını düşünürsünüz. Bir iş görürsünüz sonda uğurlu olub olmayacağını düşünürsünüz. Bəs yaxşı bütün bunları edərkən nəyi itirdiyinizi hiss edirsinizmi?