dunyanın ilk antibakterial telefonu

nurlan mamiyev
Dünyanın ilk antibakterial telefonu CAT S42 təqdim edilib.

Telefonun istehsalına əsas səbəb koronavirus pandemiyası zamanı bakteriyalarla mübarizə olub. Biomaster ilə birgə ISO 22196 sertifikatına uyğun olaraq hazırlanan telefonun istehsalı zamanı gümüş ionlardan istifadə edilib. Bu, telefonun səthində mikrobların yayılmasının qarşısını alır.

Model ekranının xeyli kiçik olması ilə diqqət çəkir. 5 düym böyüklüyündə olan ekranın keyfiyyəti HD Plus-dur. Smartfonun ön kamerası 5, arxa kamerası isə 13 Megapikseldir. RAM-ı 3 GB olan telefonun ümumi yaddaşı 32 GB-dır. Modelin prosessoru MediaTek Helio A20, batareya tutumu isə 4,200 mAh-dır.

Qeyd edək ki, CAT S42-nin 2021-ci ilin əvvəlində 299 dollara satışa çıxarılacağı gözlənilir.
dunyanın ilk antibakterial telefonu
foto