dünyanın ən qəribə hadisələri

markalogiya
Dünyanın ən maraqlı, ən qəribə hadisələri
99 yaşı olan ər 96 yaşlı yoldaşının 60 illik eşq məktublarını tapdığı üçün boşanma ərizəsi ilə məhkəməyə üz tutur. Qısa müddətdə boşanırlar. Bu ayrılıqla dünyanın "boşanan ən yaşlı cütü" adı ilə "Ginnesin rekordlar kitabı"na düşürlər.





İtaliyanın Pisa kəndində yaşayan Romollo adlı adam işsiz olduğu üçün intihar etmək istəyir. Arvadı ərinin özünü öldürməməsi üçün başlayır dil-ağız tökməyə. Əri arvadının sözlərindən sonra əlindəki silahı yerə atır və nəticədə arzu olunmayan bir hadisə baş verir. Silah yerə dəyir və içindəki güllə onun arvadına dəyir, arvadı ölür.





Vaşinqtonda məhkum həbsxanadan qaçır. Bir neçə gün sonra sevgilisi ilə yeməyə gedir. Kafedə tualet adı ilə aradan çıxan məhkum uzun müddət geri qayıtmır. Belə olan halda nigaran qalan qız polisə zəng vurur. Polislər məhkumun kim olduğunu anlayılar və tezliklə həbs edirlər.





1975-ci ildə İngiltərədə cütlük televizyada ən sevdikləri proqramı izləyərkən, kişi yarım saat davam edən gülüşün ardından, infarkt keçirərək ölür. Həyat yoldaşı dəfndən sonra proqramın prodüserlərinə bir məktub yazaraq yoldaşını həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdikləri üçün təşəkkür edir.




Hindistanın Assam əyalətində düyü pivəsi içib sərxoş olan 12 fil üç adamı əzərək öldürür, iki adamı da yaralayır. Rəsmi rəqəmlərə görə Assam əyalətində son 5 ildə fillər ən az 150 adamı əzərək öldürmüşdür.




ABŞ-ın ən çox satan qəzeti "USA Today”ın 5 dəfə "Pulitzer" mükafatına namizəd göstərilən müxbiri Jak Kellinin illərcə izlədiyini irəli sürdüyü beynəlxalq hadisələrlə bağlı yalan xəbərlər yazdığı ortaya çıxmışdır.




Jake Fen adlı Macarıstanlı adam, yoldaşını qorxutmaq üçün özünü asmış pozası verir. Evə gələn yoldaşı ərini o halda görəndə özündən gedir. Qapını açıq görən qonşu qadın içəri girəndə iki meyid görüb evi soymağa başlayır. Dəyərli əşyaları topladıqdan sonar çıxarkən Jake qadına bir təpik vurur. Qonşu meyidin canlandığını fikirləşib qorxudan ölür.





Britaniya adalarında duman - adi hadisədi. Amma iki Şotlandiya komandasının görüşündə baş vermiş hadisə qeyri-adidi. Duman o qədər artmışdı ki, futbolçular uzun müddət topu axtarmaq məcburiyyətində qalıblar. Həmin vaxt hakimə elə gəlib ki, sanki meydançada lazım olduğundan çox futbloçu var. İlk növbədə o, ehtiyat skamyalarına qaçıb, ora boş idi. Hakim dərhal oyunu dayandırıb. Məlum olub ki, meydançada eyni anda 30 oyunçu var imiş.





Keniyada maraqlı hadisə baş verib. Burada 20-yə yaxın kaftar hamilə olan və tezliklə doğmalı olan zebraya hücum edib. Qəfildən 20-ə qədər kaftarın ortasında olan zebra qaça bilməyib və vəhşi heyvanlara yem olub. Fotoqraf Mark Mol bunun təxminən 20 dəqiqə davam etdiyini deyib. 20 kaftarın hamilə zebranı parçalamsını sonadək izləyən fotoqraf bildirib ki, "bu, həyatında gördüyü ən təsirli hadisələrdən biridir".





Şotlandiyada 50 yaşlı qadın yuxudan durduqda öz ana dilində qeyri-adi danışdığını hiss edib. Məlum olub ki, bu Cənubi Afrika ləhcəsidir. Halbuki, qadın heç vaxt Cənubi Afrikada olmayıb və bu dili ümumiyyətlə bilməyib.
Kitabsevərlər 📓
E-kitabxanam 🏛️