dünyanı görmüş insanlar

markalogiya
_Özünüzə olan inamınızı sarsıtmağa çalışanlardan uzaq olun. Bu cılız insanlara xas olan cəhətdir. Böyük insan isə, əksinə, sizə sizin də böyük ola biləcəyinizə inam hissi aşılayır._

Mark Tven
_______________________

_Özünə inam niyə bu qədər vacibdir? Çünki o sizə cəsarət, özünə hörmət və təşəbbüskarlıq bəxş edir._ _Özünüzə inandıqda riskə getməkdən və yeni şeylər sınamaqdan qorxmazsınız. Özünə inam xoşbəxt və uğurlu bir həyat üçün_ _vacibdir və bir çox insanın digər insanlarda gördüyü zaman təqdir etdiyi bir xüsusiyyətdir._

_Özünüzə inandıqda insanların sizin haqqınızda düşündüklərinin və söylədiklərinin heç bir əhəmiyyəti olmur. Bu da daha dinc bir həyat üçün_ şərait _yaradır. Bir çox insan bu xüsusiyyətə anadangəlmə sahib olur. Ancaq, siz bu xüsusiyyəti həmişə şüurlu şəkildə formalaşdıra_ _bilərsiniz. Həyatınızda baş verən bəzi hadisələr onu itirməyinizə səbəb olsa da, düşüncə tərzini və həyat haqqında baxışlarınızı dəyişərək özünə inamı yenidən qaytara bilərsiniz._

Zehninizdə gəzişən mənfi fikirləri aradan qaldırın. Güclü olun və özünüz və həyatınız haqqında zehininizdə yarana biləcək mənfi düşüncələrə icazə verməyin. Zehininizdə nə baş verdiyini anlamalı, neqativ daxili nitqlərə şərait yaratmamalısınız.

İnsan düşünən varlıq olduğu uçun hər şeyə qadirdi