*_🙋♂️Dünyada insanlar bir-birini necə salamlayır?_*
*_Ölkələr bir-birindən mədəniyyətinə, mentalitetinə, mətbəxinə və s.-a görə fərqlənirlər. Gəlin bu dəfə də mənimlə bəzi ölkələr və salamlaşmaları barədə danışaq:_*
_🖖1) Tibetdə insanlar salamlaşmaq üçün dillərini çıxarırlar. Bu zərif bir salamlama hesab edilir._
_🖖2) Hindistanda yaşlı insanların ayağına toxunulur. Bu Pranama adlanır._
_🖖3) Taylandda insanlar sinələri üzərində ovuclarını bir-birinə toxundurub baş barmaqlarını çənələrinə, digər barmaqlarını alınlarına dəyəcək şəkildə tutaraq salamlayırlar, buna “wai” deyilir. (Seriallarına baxmısınızsa sizə tanışdır)_
_🖖4) ABŞ-da yumruq toqquşdurulur, düzdür artıq elə bir çox yerdə populyar olsa da, ilk dəfə 1940-cı illərdə ABŞ-da motolet sürən qruplar istifadə etmişdir._
_🖖5) Zambiyada baş barmaqlar azca sıxılır. Bu dostcasına bir salamlamanın göstəricisidir._