dismorfofobiya

ilkane musayeva
dismorfofobiya
foto
Dismorfofobiya - Özünü bəyənməmək xəstəliyi.

İlk dəfə İtalyan psixiyatr Enrico Morselli tərəfindən 1886-cı ildə müəyyən edilən psixoloji bir pozunutudur. Özünü bəyənməmək, Güzgü xəstəliyi yada Bədən Dismorfik Pozuntusu olaraq da tanınır. Bu pozuntuda şəxs vücudunun bir hissəsini bəyənmir və ya görüntüsünün pis olduğunu iddia edir. Şəxsin bədəninə aid mənfi düşüncələri iki şəkildə ortaya çıxa bilər. Birincisi şəxsin öz bədəninə aid müsbət qavrayışının  pozulmuş olmasıdır yəni bədəninin burun, qulaq, əl kimi bəzi bölgələrini bəyənməməsidir.

İkincisi isə başqalarının onun bədənindəki bəzi bölgələri bəyənmədiyini düşünməsidir. Bəzən ikisi bir arada da görülə bilər. Hər iki vəziyyətdə bu pozuntuyla bərabər görülən başqa problemlər də vardır. Məsələn depresiya və vəsvəsə bu xəstəliyi müşayət edən xəstəliklər arasındadır. Dismorfofobiya pozuntusunda görünən real bir bədənsəl qüsur olmamasına baxmayaraq, şəxs  bir pozuntusu olduğunu və ya çox çirkin olduğunu düşünərək tez-tez estetik əməliyyatlar etdirir. Bəzi vəziyyətlərdə şəxsin həqiqətən də fiziki bir problemi ola bilər və şəxs bu pozunutunu o qədər böyüdür, o qədər dərd edir ki, bir müddət sonra bu narahatçılıqdan əlavə bədəninin başqa yerlərində də problemlər olduğunu  düşünməyə başlayır. Dismorfofobiyanın  Güzgü xəstəliyi olaraq tanınmasının bir səbəbi də  şəxsin ya güzgülərə küsməsi yada sıx-sıx güzgüyə baxaraq özünü incələmə ehtiyacı hiss etməsindən qaynaqlanır. Bu narahatçılıq ümumiyyətlə özünə qapalı,dostluq etməkdə problem yaşayan, insanların tənqidlərinə və düşüncələrinə çox önəm verən və təşviş dərəcəsi yüksək olan insanlarda daha sıx görülə bilir. Bəzi ağır vakalarda şəxs özündə var olduğuna inandığı bədənsəl qüsurlarını ətrafındakıları da inandıra bilmədiyini gördükdə həqiqi mənada özünə və problemi olduğu düşündüyü orqanına zərər verə bilər. Bədəni haqqında bu qədər çox vəsvəsəyə sahib olmaq, şəxsin bütün sosyal həyatını, sosyal münasibətlərini poza bilmək qabiliyyətindədir. Şəxs sadəcə özü və bədəni haqqında danışmaq istəyərək ətrafındakı insanların düşüncələrini öyrənməyə çalışır və eşitdiyi heç bir müsbət rəylərə inanmaz.

Dismorfofobiya hər dönəmdə görülə bilən bir narahatçılıq olmaqla bərabər son illərdə daha çox artmasına səbəb cəmiyyət olaraq insanlarda estetik qavrayışının dəyişməsidir. Getdikcə daha çox insanın estetik uzmanlarına müraciət etdiyini və əsasən də sinə, ümumi üz əməliyyatları etdirdiyini görürük. Ayrıca texnologiya sahələrindəki inkişaf da estetik əməliyyatların  daha çox populyarlaşmasında və qəbul olunmasında önəmli faktorlar arasındadır. Sosial paylaşım platformalarında insanların bir biriylə olan ünsiyyət və əlaqələri artdıqca, insanların özlərinə yönəlik estetik təşvişlərində də ciddi mənada artmalar olmuşdur. Daha yaxşı və gözəl görünmək, daha yaxşı geyinmək, daha parıltılı həyat yaşamaq kimi istəklərin artması Dismorfofobiya narahatçılığına birbaşa səbəb olmasa belə təsir edən faktorlar arasındadır.