dilbər axundzadə-sənsən

markalogiya
-İncə könlümə təsəlli sənsən,
Ölüncə dilimin əzbəri sənsən..🤍

Gözlərim yoluna həsrətlə baxar,
Həsrətin qəlbimi yandırar, yaxar.
Of! Bilsən ürəyim necə darıxar,
Ay şirin dilinə qurban olduğum.

İndi səni məndən kim xəbər alır,
Qəlbimi qoparıb yerindən salır.
Səndən telli tarın yadigar qalır,
Tarının telinə qurban olduğum.

Müşfiq'in ürəyi yarpaqdan incə,
Titrədi xəfifcə rüzgar əsincə.
Heyrandı hüsnünə o gözəl Gəncə,
Xumar Göygölünə qurban olduğum.

Bir parlaq ulduzsan bizim ellərə,
Şöhrətin düşübdür şirin dillərə.
Düşdün daşqınlara, düşdün sellərə,
Ay ilham selinə qurban olduğum.

Dilbər'əm, ilk eşqim günəşdir, sönməz,
Ömrümün baharı geriyə dönməz.
Həmişə yalvarıram, şəklin də dinməz,
Özünə, şəklinə qurban olduğum.

Dilbər Axundzadə🍂