deputathüseynbala müəllim ziyalı insandır.

besti18
deputathüseynbala müəllim ziyalı insandır.
foto
Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb. Video cəmiyyətdə ciddi rezonans doğurub. Vətəndaşların böyük əksəriyyəti “ziyalı” birinin bu cür əməlinə sərt təpki verib. Hətt sabiq deputatı YAP-ın üz qarası da adlandırıblar. Baş verənlərlə bağlı fikirlərini öyrənmək üçün YAP İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanovla əlaqə saxladıq. Parlament üzvü “Sherg.az”a bunları söylədi: “Əlbəttə, bütün bunlar təəssüfləndirici haldır. Məsələ ilə bağlı artıq YAP-ın mətbuat xidmətindən açıqlama verilib. Mən də sosial şəbəkələr üzərindən həmin videonu izləmişəm. Hüseynbala müəllim ziyalı insandır, yazıçıdır, vaxtilə millət vəkili olub. Bu baxımdan baş verənlər olduqa üzücüdür. Hər halda sosial şəbəkədə yayılan bu video ilə bağlı YAP-ın müvafiq qərarı olacaq”.