demensiya

shabi
*Demensiya*
Demensiya (lat. dementia - ağılsızlıq) — ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom.
Demensiya psixi funksiyaların beynin xüsusən yaşlı insanlarda zədələnməsi nəticədə çökməsidir. Xalq arasında buna qocalıq ağlını itirmə də deyilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən bu sindromdan əziyyət çəkənlərin sayı 35,6 milyondur. 2030- cu ildə bunun 65,7 milyona, 2050- ci ildə isə 115,4 milyona çatması gözlənilir.
*Təsnifatı*
Beyin qabığı forması - beyin qabığının zədələnməsi nəticəsində;
Beyin qabıqaltı forması - beyin qabıqaltı strukturların zədələnməsi nəticəsində
Beyin qabığı və qabıqaltı forması - beyin qabığının və eyni zamanda qabığaltı strukturların zədələnməsi nəticəsində;
Multifokal forma - çoxsaylı zədələnmə ocaqları ilə xarakterizə olunur.
*Əlamətləri*
Demensiya sindromunun kliniki şəkli 3 ana kateqoriyada sinifləndirilə bilir .
1. Koqnitiv pozulmalar
2. Davranış pozulmaları
3. Funksional pozulmaları
*Yaş həddi*
Erkən (presenil) və gecikmiş (senil) başlanğıclı demensiya ayırd edilir. Presenil demensiya zamanı əlamətlər 6 5 yaşa qədər,senil demensiya zamanı isə 65 yaş və daha gec başlayır. Demensiyanın bu növləri etiologiya, klinik şəkli və gedişinə görə bir-birindən fərqlənir.

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör