delfinler ve balinalar

shabi
Delfinlər və Balinaların məməlilər qrupuna daxil olduğu doğrudur. Onlar da bizim kimi ağciyər tənəffüsü edirlər. Bunun üçün suyun səthinə qalxırlar, başlarındakı tənəffüs boşluğundan nəfəs alıb və aldıqları nəfəsi dəqiqələrlə tutub suyun altında üzürlər. Sonra isə yenə suyun üzünə qayıtmalı və nəfəs almalıdırlar, çünki balıqlardan fərqli olaraq dəniz məməliləri suyun altında nəfəs ala bilmirlər. Bəs bu heyvanlar quruya çıxdıqda niyə ölürlər?
Bunun iki səbəbi var və hər ikisi də təkamül prosesində dayanır: Dehidrasiya(susuzlaşma) və Orqan zədəlanməsi. Bu heyvanların dənizlərdə yaşamaq üçün inkişaf etdikləri doğrudur. Ancaq təkamül prosesi ətraf mühitə, su mühitinə uyğunlaşmalarını tamin edəcək şəkildə reallaşmışdır. Bu da dəniz məməlilarinin quru məməlilarindən daha çox suya bağlı olması ilə nəticələnmişdir. Suyun qaldırma qabiliyyəti havaya nisbətən çox yüksək olduğundan, bu dəniz məməlilərinin vücudları quruda əldə edə biləcəklərindən çox daha böyük kütlələrə çatmışdır. Quruya çıxdıqda suyun onu qaldırma qüvvəsi yox olur. Bu da ağır çəkilərinin daxili organlarını əzməyə başlamasına səbəb olur. Beləliklə, texniki cahətdən bu heyvanlar nəfəs almağa davam etsa də, əzilmək və organlarının ziyan görməsi səbəbiylə yavaş-yavaş ölürlər.
Başqa bir məqam isə bu heyvanların su mühitindəki istilik şərtlərindən asılı olaraq bədən istiliyini tənzimləməsidir. Quru şəraitində radiasiya ilə istilik ötürülməsi sudan daha yüksəkdir . Bu səbəblə quruya çıxdıqda bədənləri çox qısa müddətdə çox isti olur . Bu, dehidrasiyaya (su itkisinə, susuzlaşmaya) və orqanların işləməməsinə səbəb olur. Bu səbəbdən təlim keçmiş könüllülər bu canlıların üzərinə su səpirlar, məqsəd balıqlarda olduğu kimi "nəfəs almaq" deyil, bədən istiliyini tənzimləmələrinə kömək etməkdir.