Çində tərk edilmiş bir balıqçı kəndi.

gulu1096


_*🏠Houtouwan* (azərbaycanca: Hatuva) kəndi Çində tərk edilmiş bir balıqçı kəndidir. Bir vaxtlar isə burada minlərlə balıqçı yaşayırdı. Oxuduğuma görə bu kənddə vaxtilə 2 min ailə yaşamışdır, təqribən burada 500 ev var. Lakin onlar kəndlərini tərk etmişdir. Artıq gördüyünüz kimi kəndi bitkilər, sarmaşıqlar örtüb._

_🏠Buranın tərk edilmə səbəbi isə ucqar olması, təhsil baxımından və ərzaq baxımından insanların əziyyət çəkməsi olmuşdur. Və 1990-cı illərdə bu kənd tərk edilir. 1994-cü ildə isə heç bir nəfər belə burada qalmır._

*_📍Məkan: Houtouwan, Shengshan (Şenqşan) adası, Çin._*


🖋Ashur