Goldnews.ml xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son iki gün ərzində 43 cinayətin üstü isti izlərlə açılıb.
Əvvəlki dövrlərdən qalan 7 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borcu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadissi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.

foto