çevrə üzrə bərabərsürətli hərəkət

trkn
Əyrixətli hərəkətin ən sadə növü çevrə üzrə bərabərsürətli hərəkətdir. Əgər cisim çevrə boyunca bərabər zaman fasilələrində bərabər qövslər cızırsa, belə cismin hərəkətinə çevrə üzrə bərabərsürətli hərəkət deyilir. Çevrə üzrə bərabərsürətli hərəkəti xarakterizə edən əsas kəmiyyətlər aşağıdakılardır :
1. Dövretmə periodu cismin çevrə üzrə tam bir dövrünə sərf olunan zaman müddətdir. T - hərfi ilə işarə olunur, vahidi saniyədir: T= t/N (burda N-dövrlərin sayıdır), [T] =1 san.
Məsələn saatın saat əqrəbinin dövretmə periodu 12 saatdır.
2. Dövretmə tezliyi-vahid zamandakı dövrlərin sayına deyilir:
n= N/t, vahidi [n] =1/san.
Dövretmə tezliyi ilə period arasında əlaqə T= 1/n şəklindədir.
3. Dönmə bucağı cismin çevrə üzrə hərəkəti zamanı cızdığı qövsün uzunluğunun çevrənin radiusuna nisbətidir:
φ= l/r , vahidi radiandir(qısa şəkildə 'rad'), skalyar kəmiyyətdir.
4. Bucaq sürəti-radiusu dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbətidir. ω-hərfi ilə işarə olunur:
ω =φ/t , vahidi [ω] =1rad/san
ω= φ/t = 2π/T = 2πn
5. Xətti sürət-cismin çevrə üzrə hərəkət sürətidir:
v = l/t, v =2πrn, v = ωr