call of duty mobile

residzaim
Təqdim edəcəyim oyun ilk yayımlandığı gündən bir çox oyun həvəskarlarının rəğbətini qazanmış "Call of Duty Mobile" dir. Call of Duty nin kompyuter oyunlarından sonra mobile oyun təqdim etməsi gözlənilən hal idi və bu hadisə keçən ilin oktyabrında oldu. Call of Duty nin kompyuter oyunlarında olan super qrafika və hərəkət sensorları olduğu kimi mobil platforma əks olunub. Bənzəri oyunların çox olmağına baxmayaraq öz rəqiblərini istər qrafik görüntü, istərsə də sensor oynanış cəhətdən geridə qoyur. Bir neçə fərqli mod olan oyunda xüsusilə sevilənlər "Battle Royale" və kla "Multiplayer" modlarıdır. Oyunda əlavə olaraq xüsusi modlar da mövcuddur ki yaxın məsafə və uzaq məsafə snayper və digər oyunlarda olmayan "Zombie" modunu oynaya bilərsiz. Yüzlərlə silah, skinlər və axtardığınız hər şey bu oyunda mövcuddur deyə bilərik. Oyunun ən sevdiyim tərəfi isə avtomatik atəş funksiyasıdır ki, bu funksiyanı açdığınız zaman siz yalnızca nişan almaqla oyun beyni özü atəş açır. Oyuna yeni başlayanlar üçün əvəzedilməz funksiya olduğunu deyə bilərəm. Call of Duty Mobile ni digər oyunlardan fərqləndirən bir cəhət də oyunda həm FPS həmdə RPG görünüş forması olmasıdır. Sizə hansı görünüş forması rahatdırsa o forma ilə oynaya bilərsiz. Oyun danışmaqla bitməyən çox şeyə sahibdir. Oyunu yükləyib oynamağınızı tövsiyyə edirəm, kim bilir bəlkə oyunda qarşılaşdıq.