bu il osial təminat növləri üzrə əhaliyə 1 milyard manatdan

fidan19
Sosial təminat növləri (pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı) üzrə ödənişlərdə artım dinamikası 2021-ci ilin ilk rübündə də davam edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-mart aylarında həmin istiqamətlər üzrə ümumilikdə 2 milyon 250 mindən çox şəxsə ödənişlər edilib.

Goldnews.ml xəbər verir ki, Nazirlikdən APA-ya verilən məlumata görə, həmin sosial təminat növləri üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,6% və ya 93,9 milyon manat çox olmaqla 1 milyard 523 milyon manat vəsait ödənilib.bu il osial təminat növləri üzrə əhaliyə 1 milyard manatdan
foto