bu gün mən səni gördüm

markalogiya
Bu gün mən səni gördüm,
Salam vermək istədim,
Üzünü yana tutdun.
Söylə, illərdən bəri,
Qəlbimizin bir duyub
bir vurduğu illəri,
Axı, nə tez unutdun?.
Beş ildə gözümüzdən axan o qanlı sellər,
Bir salama dəymədi?.
Həyəcanla, fərəhlə, qəmlə dolu o illər,
Bir salama dəymədi?.
Heç üzümə baxmadan, yanımdan necə keçdin?..
Sən eşqin salamını qorxuyamı dəyişdin?.
Yoxsa sən öz əhdinə, ilqarına ağ oldun?
O qədər yaxın ikən, bu qədər uzaq oldun..
Şirin gülüşlərimiz, acı fəğanlarımız,
Bir salama dəymədi?.
Qayğılı anlarımız, qayğısız anlarımız,
Bir salama dəymədi?.
Sən neylədin, bir düşün!
Yalnız indi anladım: ah, sən daha mənimçün,
Əlçatmaz bir çiçəksən,
Yaşanmış günlərim tək geri dönməyəcəksən!...
Qop, ey tufan, əs, ey yel! Xəzəl olum, tökülüm,
Düz beş il ürəyimdə,
Bəslədiyim məhəbbət, bir salama dəymədi.
Bir günlük həsrətimə dözə bilməyən, gülüm,
Bəs nə oldu?
Bu həsrət bir salama dəymədi?.
Getdin, dalınca baxdım, can ayrıldı canımdan,
Sən necə etinasız ötə bildin yanımdan?.
Ah çəkdim, başım üstə yarpaqlar əsdi, gülüm,
Sənin qəlbin əsmədi.
Arxana da baxmadm!
Niyə sənin yolunu məhəbbətin kəsmədi?..
Qazancımız de, bumu?.
Deyilməmiş o salam əlvidamız oldumu?
Sən mənə zülm eylədin, mənə zülm yaraşır.
Bir salama dəyməyən eşqə ölüm yaraşır..🍁