
foto

foto
Boyard qalası Fransa sahillərinin yaxınlığında, iki adanın arasında hərbi məqsədlərdən ötrü – Roşfor şəhərinin tərsanələrini Britaniya donanmasının mümkün hücumundan müdafiə etmək üçün tikilib. O zaman iki ada arasındakı məsafə artilleriya tərəfindən "örtülmürdü", buna görə də ortada qala tikmək qərara alındı.
İlk cəhdi Britaniya ilə permanent müharibə vəziyyətində olan Napoleon etdi. Amma 1801-ci ildə başlanan tikinti 1809-cu ildə dayandırıldı. Qalanın özülünün tikintisində istifadə olunan daş bloklar quma batır, kənara sürüşürdülər. Həmin vaxt bu problemi həll edə bilmədilər.
Tikinti 1837-ci ildə bərpa edildi və 20 il davam etdi. Hazır olanda isə artıq gərəksiz idi. 20 il ərzində artilleriyanın atəş məsafəsi xeyli artmışdı və iki ada arasındakı məsafəni tam örtürdü. Buna görə də o hərbi məqsədlər üçün deyil, həbsxana kimi istifadə edildi. 1962-ci ildə hərracda özəl mülkiyyətə satıldı. 1990-cı ildən isə qalada dünyaca məşhur teleoyun "Ford Boyard" çəkilməyə başlandı.