bombey adası

nurlan mamiyev
Bombey adası — Hind okeanında yerləşən Yeddi Bombey adaları arxipelaqına (adalar qrupuna) aiddir.
Ada Hind okeanında Ərəbistan dənizinin sularıyla yuyulur. Adanın sahəsi — 603 km²-dir. Dəniz səviyyəsindən hündürlüyü — 10 -15 m-dir.
Ada cənubdan Kolaba və Kiçik Kolaba (Qarıların Adası) adalarına qədər uzanır. Şimaldan — hal-hazırda yerində çay olan Mazaqaon adası, Parel, Maxim və Vorli adaları ilə sərhəddir.
Bombey adası portuqal taciri və tədqiqatçısı olan Fransişku di Almeyda tərəfindən 1508-ci ildə adlandırılmışdı. Almeyda onu "Bom Bahiya" (portuqaldan — "Yaxşı körfəz") adlandırmışdır. 16-cı əsrdə arxipelaq Portuqaliya hakimiyyəti altında idi və 1662-ci ildə II Karlın Britaniya kraliçası olan Yekaterina Braqansskaya evləndikdən sonra cehizi kimi İngiltərəyə verilmişdi. Adada genişmiqyaslı işlərdən sonra körpü vasitədi ilə adanı Hindistanın materik hissəsiylə birləşdirdilər. İndi Bombey adası 1995-ci ilə qədər adanın adını daşımış Bombey şəhərinin adını daşıyır. Arxipelaqın əsas adası olaraq Bombey "Yeddi adanın" əsas Britaniya limanı hesab olunur. Malabar-Hill təpəsində Silxara sülaləsi zamanında tikilmiş Valkeşvar adlı qədim hindu məbədi bu adada yerləşir. Adada bir çox etnik qrup yerləşdirilirdi: maratxilər, parslar, qucaratlılar, müsəlmanlar, həmçinin Portuqaliyadan və İngiltərədən gəlmələr. Ada tez-tez, xüsusilə qabarmalar və çəkilmələr zamanı su altında qalırdı.
bombey adası
foto