bmw

maykljordan27
BMW (Bayerische Motoren Werke – Bavariya motor zavodları) — alman avtomobil, motolet və mühərrik istehsalçısı.bmw
fotobmw
foto
1) “BMV – qruppe” – yüksəkkeyfiyyətli avtomobil və motoletlər istehsal edən transmilli korporasiyadır. Mənzil-qərargahı Münhen şəhərindədir (Almaniya). “BMV” adı ilk dəfə 1917-ci ildə Münhendə Karl Rappa məxsus hərbi təyyarələr üçün mühərriklər buraxan şirkətin adının dəyişdirilməsi nəticəsində meydana çıxdı. Lakin “BMV”-nin rəsmi tarixi aviasiya mühərrikləri istehsal edən “Bavariya aviasiya zavodları” – “BFV” (BFW – Bayerische Flugzeug Werke) şirkətinin təsis edildiyi 1916-cı ildən başlayır; daxiliyanma mühərrikinin ixtiraçısı N.A.Ottonun oğlu Qustav Ottonun kiçik firması da “BFV”-yə daxil idi. 1922-ci ildə “BMV” “Bavariya aviasiya zavodları”nı özünə qatdı və o vaxtdan indiyədək “BMV”-nin bütün məhsulları fırlanan təyyarə pərinin rəmzi olan nişanla markalanır. Birinci dünya müharibəsindən sonra Almaniyada aviasiya mühərriklərinin istehsalı qadağan edildiyinə görə “BMV” şirkəti motolet mühərriklərinin istehsalına başlamışdı. “BMV”-nin motolet mühərriklərinin və sonradan motoletlərin özünün daimi olaraq sürət rekordlarını əldə etməsi firmaya istehlak bazarında şöhrət qazandırdı. “BMV” 1928-ci ildə Eyzenaxda (Türingen) əldə etdiyi zavodunda özünün ilk kiçiklitrajlı avtomobili olan “Diksi”-ni (“Dixi”) istehsal etdi (1929). “BMV” şirkəti 1936-cı ildə Münhendə yeni müəssisə açaraq yenidən aviasiya mühərrikləri istehsalına başladı. 1937-ci ildə Eyzenaxdakı zavod da təyyarə mühərrikləri istehsalını təşkil etdi. 1941-ci ildə şirkət özünün aviamühərrik proqramını Berlində yeni zavodlar yaratmaqla genişləndirdi. İkinci dünya müharibəsi zamanı “BMV” dünyada ilk dəfə təyyarə üçün reaktiv mühərrik hazırladı. Müharibədən sonra BMV şirkəti yenidən təyyarə mühərriklərinin istehsalından məhrum oldu: BMV zavodlarının bir hissəsi xarabalığa çevrilmiş, digər hissəsi isə Şərqi Almaniyada qalmışdı. “BMV” kiçik minik avtomobilləri bazarında yer tutmaq üçün cəhdlər göstərsə də, digər alman istehsalçısı – “Folksvagen” şirkəti ilə rəqabətə tab gətirmədi və nəticədə 1969-cu ildə müflisləşmə həddinə çatdı. Bavariya hökumətindən aldığı 29 mln. dollar miqdarında yardım şirkətə bazar üçün yeni avtomobillər və motoletlər buraxmaq və öz maliyyə vəziyyətini yük- səltmək imkanı verdi.Hazırda “BMV–qruppe” üç avtomobil markasının: “BMV”, “Mini” və “Rolls-Roys”un (“Rolls-Royce”) hüquqlarına sahibdir. Şirkətin məhsulları Almaniyadakı 5 zavodunda, Avstriya, Braziliya, B.Britaniya, Vyetnam, Misir, İndoneziya, Çin, Malayziya, Rusiya, Tayland, ABŞ, Filippin və CAR-dakı 22 törəmə müəssəsində istehsal olunur. “BMV”-nin həm bir çox ölkələrdə təşkil olunmuş xidmət və istehsal sistemi, həm də sahmanlanmış satış sistemi korporasiyaya məhsullarının bütün dünyada yayılmasını təmin etmək, mütəhərrik istehsal prosesinə malik olmaq və rəqabətdə xeyli üstünlüklər qazanmaq imkanı verir.

2) “BMV” korporasiyasının istehsal etdiyi minik avtomobilləri (1929-cu ildən) və motoletlərin (1923-cü ildən) markası. Motoletlər 2,3 və 4 silindrli dördtaktlı mühərriklə, minik avtomobilləri isə 2,4,6 silindrli mühərriklə buraxılır. Yüksək dinamik keyfiyyətlərə malik olan minik avtomobillərinin sürəti 160–250 km/saat, mühərrikinin gücü 375 kVt-a, işlək həcmi isə 3,5 l-ə qədərdir; motoletlərin sürəti 145–220 km/saat, mühərrikinin gücü 20–66 kVt, işlək həcmi 0,6–1 l-dir.

TARİXİ
BMW şirkəti Münhendə təyyarə mühərriklər zavodu kimi Karl Fridrix Rapp, Kamillo Kastilyon, Maks Frits tərəfindən 1916-cı ildə təsis edilib. İlkin dövrdə qəbul olunmuş və hal-hazırdada istifadə olunan ağ-mavi rəngli emblem fırlanan təyyarə propellerinin təsviri BMW-nin ilkin "təyinat"ının nişanəsidir.

İlkin dövrdə şirkət Avstriya-Macarıstan üçün V12 tipli mühərriklər istehsal etməyə başlayır. Tezliklə Rapp əlavə pula ehtiyac duyur və kompaniyanı tərk edir. Onun yerinə avstriyalı sərmayəçi Frans Cozef Popp firmaya rəhbərlik etməyə başlayır.

Birinci dünya müharibəsindən məğlub çıxmış Almaniyada hərbi qüvvələrə məhdudiyyət qoyulur. Bundan sonra Almaniyada təyyarə istehsal edilə bilməzdi — beləliklə BMW-nin mühərrik istehsalı Almaniya üçün yararsız oldu.

1922-ci ildə BMW Münhendə özünün bu günkü əsas binasını tikir (Hal-hazırda həmin bina şəhər Olimpiya Mərkəzi kimi də fəaliyyət göstərir).

1923-cü ildə Münhendə ilk BMW motoletləri istehsal olunmağa başlayır.

1928-ci ildə BMW Türingiyada avtomobil zavodu alır və öz ilk maşınını istehsal etməyə başlayır — Dixi.

1934-cü ildə Şirkət ayrılır. Təyyarə mühərriklərinin istehsalı müstəqillik qazanır. BMW Flugmotorenbau GmbH bir şirkət olaraq ayrılır.

1936-cı ildə BMW şirkəti 2 litrlik mühərrikli BMW 328 istehsalına başlayıb. Bu maşın o zaman Berlində keçirilmiş Olimpiya yarışlarında Avropada idman avtomobilləri sinifində ən böyük müvəffəqiyyət əldə etmişdir.

1939-cu ildə BMW şirkəti Berlin-Şpandauda yeni Brandenburgische Motorenwerke şirkətini alır və onunla birlikdə Berlin yaxınlığındakı Basdorf və Sülsdorfda xüsusiləşdirilmiş zavodlara sahib olur.

İkinci dünya müharibəsi dövründə BMW əsasən Almaniya ordusu üçün reaktiv motorlar istehsal edirdi. 1945-ci ildə müharibədən sonra onun bu fəaliyyəti qalib tərəfin gözündən yayınmadı, BMW-yə 3 illik istehsal moratorisi tədbiq edildi.

Bundan əlavə müharibədən sonra BMW-nin demək olar ki, bütün zavodları bombardmanlar nəticəsində məhv olmuşdu. Hər şeyi yenidən başlamaq lazım idi…..

1948-ci ildən başlayaraq BMW R24, təksilindirli motolet və 1951-ci ildə isə BMW müharibədən sonra öz ilk avtomobilini istehsal edir — BMW 501.

1955 — BMW Triebwerk GmbH şöbəsi yenidən fəaliyyətə qayıdır. Şirkət təyyarə mühərriklər üzərində mütəxəssisləşir. Isetta modeli ilə şirkət kiçik avtomobillət klasının tarixini başladır.

1956- İdman avtomobilləri olan 503 və 507-ci modellər istehsala buraxılır.

1959 — BMW şirkəti satışa çıxarılır.

1965 — BMW Triebwerkbau GmbH şöbəsi satılır və sonrakl 25 il ərzində şirkət təyyarə mühərriklərini düzəltməkdən imtina edir.

1974 — BMW ilk dəfə ABS sistemli 3.0 CSL avtomobillərini yarışlara çıxardır.

1980 — ABS sisteminin sənaye istehsalatı və Formula 1 yarışları üçün mühərrikin istehsalatı başlanır. BMW-nin motolləri Paris-Dakar rallisini udur. Daha sonra həmin yarışda yenidən üç dəfə qalib gəlir.


uğura nail olmaq şansınızı artırır. Digər satıcılarla müqayisə aparın, bir neçə dəqiqəliyə analitikə çevrilin və o zaman bizi seçməklə rəqiblərinizə heç bir şans verməyəcəksiniz! Bizim sayt sizin vaxtınıza qənaət deməkdir, onun funksionallığı isə BMW Azərbaycan-ın və sizi maraqlandıran digər markaların alışında və ya satışında sizə köməklik deməkdir.

Sizin evdə və ya ofisdə olmağınız, tıxacda gözləməyiniz və ya öz seçiminizlə dostunuzu təəccübləndirmək üçün ona baş çəkməyiniz əhəmiyyət kəsb etmir, belə ki, harada olmağınızdan asılı olmayaraq biz sizi saytın servisi və ən son yenilikləri ilə daimi on-layn rejimində sutkanın istənilən vaxtında gözləyirik: siz dincəlirsiniz, biz isə sizin üçün işləyirik. Bizim saytımızda siz istənilən sinfə mənsub olan avtomobilləri, yeni və ya istismarda olmuş modelləri tapa bilərsiniz.

Qiymət barəsində fikirləşirsiniz? Biz sizin tələbatlarınızla imkanlarınızın optimal nisbətini təklif edirik! Beləliklə, hərəkətə keçin və vaxtınızı dəyərləndirin, avtomobil.az saytı sizi uğura aparan ilk açardır. Odur ki, vaxtınızı boş yerə itirməyin, bizim sayta daxil olun və özünüz buna şəxsən əmin olun!

BMW → MODELLƏRİ

BMW 116 (1)
BMW 3-cü Seriya (Hamısı) (2)
BMW 316 (19)
BMW 318 (62)
BMW 320 (98)
BMW 323 (18)
BMW 325 (35)
BMW 328 (21)
BMW 330 (6)
BMW 335 (5)
BMW 520 (58)
BMW 523 (70)
BMW 525 (136)
BMW 528 (93)
BMW 530 (73)
BMW 535 (41)
BMW 540 (21)
BMW 545 (1)
BMW 6-cı Seriya (Hamısı) (1)
BMW 630 (3)
BMW 650 (3)
BMW 728 (12)
BMW 730 (15)
BMW 735 (19)
BMW 740 (11)
BMW 745 (12)
BMW 750 (17)
BMW GT 530 (1)
BMW M5 (6)
BMW M6 (2)
BMW X3 (2)
BMW X5 (148)
BMW X6 (45)
BMW Z3 (1)
BMW Z4 (1)

BMW AVTOMOBILININ ALIŞI
Əgər siz alış üçün BMW markalı avtomobilə üstünlük vermisinizsə, onda biz düzgün seçim etməkdə sizə kömək edə bilərik. Bunun üçün bizim avtomobil.az saytımıza daxil olun. Saytda BMW avtomobilinin alışı ilə bağlı ən yeni və faydalı məlumatlar verilir, konkret olaraq onun model sırası təqdim olunur və onların təsvirləri verilir. Sayt avtomobillərin axtarışı üçün idealdır, lazımi avtomobili filtr üzrə, habelə avtomobilin fotosu və qiymətləri üzrə asanlıqla axtarmaq olur.

Siz axtardığınız avtomobili tez və problemsiz tapacaq və BMW-nin alışını sadə və asan şəkildə həyata keçirə biləcəksiniz. Lazımi avtomobili tapdıqdan və malların arasında seçdikdən sonra onun komplektasiyası, xarakteristikaları barədə məlumat ala, daha yaxşı tanışlıq üçün seçdiyiniz seriyanın müxtəlif rakurslardan fotolarına baxa bilərsiniz.

Eyni zamanda satıcının əlaqə məlumatları da təqdim edilir. Özünüzə yeni model tapmısınızsa və hazırkı avtomobilinizi satmaq istəyirsinizsə, bu işdə də sizə kömək edə bilərik. Avtomobilinizin bizim sayt vasitəsilə satışı uğura nail olmaq şansınızı artırır. Digər satıcılarla müqayisə aparın, bir neçə dəqiqəliyə analitikə çevrilin və o zaman bizi seçməklə rəqiblərinizə heç bir şans verməyəcəksiniz! Bizim sayt sizin vaxtınıza qənaət deməkdir, onun funksionallığı isə BMW Azərbaycan-ın və sizi maraqlandıran digər markaların alışında və ya satışında sizə köməklik deməkdir.

Sizin evdə və ya ofisdə olmağınız, tıxacda gözləməyiniz və ya öz seçiminizlə dostunuzu təəccübləndirmək üçün ona baş çəkməyiniz əhəmiyyət kəsb etmir, belə ki, harada olmağınızdan asılı olmayaraq biz sizi saytın servisi və ən son yenilikləri ilə daimi on-layn rejimində sutkanın istənilən vaxtında gözləyirik: siz dincəlirsiniz, biz isə sizin üçün işləyirik. Bizim saytımızda siz istənilən sinfə mənsub olan avtomobilləri, yeni və ya istismarda olmuş modelləri tapa bilərsiniz.

Qiymət barəsində fikirləşirsiniz? Biz sizin tələbatlarınızla imkanlarınızın optimal nisbətini təklif edirik! Beləliklə, hərəkətə keçin və vaxtınızı dəyərləndirin, avtomobil.az saytı sizi uğura aparan ilk açardır. Odur ki, vaxtınızı boş yerə itirməyin, bizim sayta daxil olun və özünüz buna şəxsən əmin olun!