biz beynəlxalq ictimaiyyətə səsimizi çatdırmalıyıq

gulu1096
Biz beynəlxalq ictimaiyyətin diqqətini çatdırmalıyıq ki, bu insanlığa qarşı olan bir cinayətdir!

Trend-in məlumatına görə bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə ermənilər Gəncəyə "TOÇKA-U" raketindən istifadə edilib.

"Gördüyünüz kimi Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar atəşkəsə çağırışlar edirdi və buda belə də olmuşdur. Ancaq atəşkəs rejimi olduqdan sonra Ermənistan hərbiçiləri tərəfindən çox təhlükəli bir silah, "TOÇKA-U" raket sistemindən istifadə edərək, Gəncədə insanların sıx yaşadığı ərazini atəşə tutub".

Hikmət Hacıyev əlavə edib ki, Ermənistanın bu hərəkəti məhz Rusiyada razılığa gələn atəşkəs rejimindən sonra olduğuna görə, beynəlxalq ictimaiyyətə və o cümlədən Rusiya Federasiyasına olan böyük hörmətsizliyi kimi qiymətləndirilir.