Bir gün şaha hədiyyə olaraq qartal balası təqdim olunur. 🦅

gulu1096
Bir gün şaha hədiyyə olaraq qartal balası təqdim olunur. 🦅

Şahın köməkçiləri bu qartal balasını böyüdürlər, amma bu qartal qanad açıb uçmaqdan imtina edir.🤴

Körpəlikdən məskənləşdiyi ağac budaqından ayrılmaqdan imtina edir. 🌳

Bir gün şah deyir ki belə davam edə bilməz, bir küp qızıl verəcəm kim qartalı uçmağa öyrədərsə...⚱️

Bir gün keçmir ki, şah səhər oyandığı zaman uçan qartalı görür bağında. 🦅

Dərhal soruşur ki, kim bunu bacardı və necə bacardı??? 🤔

Bir kəndli qabağı çıxıb, bunu deyir: 👨‍🌾

Şah sağolsun- qartalın öyrəşdiyi budağı sadəcə kəsdim və qartal bir müddət sonra uçmağa başladı...✂️

İnsan həyatı da belədir....

• Bəzilərimiz ağacın budağında oturduğumuza görə qanadlarımızın olduğunun fərqinə belə varmırıq...

• Bəzilərimizdə həyat hadisələri bu ağac budağını məcburən kəsir və bizə göstərir ki bizim qanadlarımız var və uça bilərik.

• Bəzən əvvəldə ilk baxışdan pis hadisə kimi görsənən məsələ, nəticədə çox gözəl nəticə ilə sonlanır!