Bıçaq mələyi

gulu1096
Bıçaq mələyi
foto


Bıçaq mələyi"

Böyük Britaniyadan olan rəssam və heykəltəraş Alfie Bradley 100.000 bıçaqdan ibarət nəhəng bir mələk heykəli yaratmışdı.
Onun "Bıçaq mələyi" adlı yeni əsəri, bıçaqdan istifadənin təhlükələrini ictimaiyyətə xatırlatmağı nəzərdə tuturdu.

8.2 metr hündürlükdə olan abidə İngiltərənin hər yerindən, ümümən 43 polis idarəsindən "Həyatı xilas et, bıçağını təslim et" kampaniyası çərçivəsində insanların polisə təhvil verdiyi bütün bıçaqlardan və ya cinayətlər zamanı əllərindən alınan bıçaqlardan hazırlanmışdı.
Abidənin hazırlanmasında 100.000 dən çox bıçaqdan istifadə olunmuşdur.
Bıçaqların bir qismi hökumət hüquq -mühafizə orqanları tərəfindən çatdırılıb, digərləri isə müəllifin adına anonim mənbələrdən gəlib.

Cənab Bradley sərəncamında olan bıçaqların bir çoxunda cinayətin bioloji izlərinin olduğunu iddia edirdi.
Sənətçi onları bir-birinə tikməzdən əvvəl keyfiyyətli təmizləmə aparırdı.
Alfie işə başlamazdan əvvəl şəxsi saytında mələyin yaradılmasında hər
kəsin iştirak edə biləcəyi barədə bir elan yerləşdirdi.
Mümkün qədər çox adamın fikrinə bulaşmasını və planın həyata keçirilməsində əli olmasını istədi. Yeri gəlmişkən, cinayət törətmiş və rəssama bıçaq göndərən bir çox cinayətkarlar dəvəti cavablandıraraq emalatxanaya gəldilər.
Hər birinin öz motivi var idi, amma günahkarlar tövbə simvolu yaratmaq üçün qüvvələrini birləşdirdilər.

Bradleyə görə, mələyin qanadları soyuq silah cinayətlərindən zərər çəkmiş 80 -dən çox ailədən gələn şəxsi mesajlarla həkk olunmuşdur.

2018-ci ildə heykəlin tamamlanmasının ardından, inşasının arxasındakı şiddətə qarşı mesajı vurğulamaq üçün ümummilli bir tura başladıldı.
Abidə ilk dayanacağı Liverpul şəhəri olmşdur.
İndiyədək abidə Hull,Derby,Nyukasl Coverntry,Birmingem,Midlsbrou, Chester,Nyutaun və s. şəhərlərdə olmuşdur.
Hal hazırda abidə Hereford şəhərindədir,sentyabr ayında Çelmsforda aparılacaq.