beyinlə sevirik yoxsa ürəklə

aysun asgarova
Bütün azadlıqlar beyində  başlayar  beyində bitər”. Həyatıboyu iki insan arasında bir-birinə tərbiyəvi təsir göstərən təkmilləşdirməyə, nəcibləşdirməyə xeyirxah və səmimi etməyə sövq edən ən ülvi və pak hiss sevgidir. Bəs böyük sevgilər harada başlayar ürəkdə, yoxsa beyində? Bu günə qədər hər bir insanın ifadə etdiyi bir fikir hələ də öz qüvvəsində qalır “sevginin mənbəyi qəlbdir”. Sevgi qəlbdən başlamır. Beynimizin əmri ilə yaranan kimyəvi reaksiyanın nəticəsini qəlbimizin ətrafında hiss ediyimiz üçün sevgimizin də qəlbdən qaynaqlandığını zənn edirik. Hisslər beyində yaranır. Qadın və kişi arasında münasibətləri  başladan beyindir. Xarakter və davranışlarımızın kodları şüuraltı zehnimizdədir. Şüuraltı şifrələrin  mərkəzi beyin olduğundan qadın və kişilərin istəkləri orada formalaşır. Avtomatik olaraq,  qadın və kişi arasında gözləntiləri yaradan onların davranış formalarını tənzimləyən beyindir. Mənfi və müsbət fikirlər beyində yarandığından kişi və qadın arasındakı qısqanclığa istiqamət verən də beyindir. Bu günə qədər “gözlər qəlbin aynasıdır “onlar yalan söyləməz misalını beləcə də qəbul etmişik. Əsl həqiqət isə belədir “gözlər beynimizin aynasıdır” yalan və doğrunu bizə onlar söylər. “Əslində görən gözlərimiz deyil, beynimizdir”beyinlə sevirik yoxsa ürəklə
foto