bəxtiyar vahabzadə-biləsən gərək

markalogiya
Mən sənə aşiqəm, sən də, ey gözəl,
İnsafa-mürvətə gələsən gərək.
Həsrətin ağladır mən aşiqini,
Axan göz yaşımı siləsən gərək.

Sevirsənsə məni təmiz qəlblə,
İncitmə qəlbimi, bir az yaxın gəl.
Sevdiyin insanı ağladıb əvvəl,
Sonradan birlikdə güləsən gərək.

Mən ki mənasını bilirəm eşqin,
Onun varlığına əmin ol, əmin.
Sinəmdə boy atan məhəbbətinin,
Adını özündən biləsən gərək.

Bəxtiyar Vahabzadə