balakəndə narkotik yetişdirən keçmiş məhkum saxlanılıb

fidan19
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirilib.

Goldnews.ml xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş rayonun Qullar kənd sakini Ələsgər Alqayev saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən 44 ədəd çətənə bitkisinin şitilləri və həmin narkotik vasitənin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.balakəndə narkotik yetişdirən keçmiş məhkum saxlanılıb
foto

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör