balaban

admin
balaban
foto

Azərbaycanın qədim xalq musiqi alətidir. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. Həzin kolorit yaradan səslər alətdə nəfəsin uzadılmasıyla əldə edilir. Balabanın xüsusiyyəti ondadır ki, arası kəsilmədən nəfəsi ağızdan buruna, burundan ağıza dövretmə ilə ötürərək bir notun üzərində uzun müddət çalmaq olur. Azyaşlı və təcrübəsi az olan şagirdlər tərəfindən bu texniki imkanlarla ifa çox çətindir lakin, bu müəyyən vaxtdan və təcrübə əldə etdikdən sonra mümkünləşir.


Tütəkdə, eləcə də Avropa nəfəsli alətlərin heç birində (klarnet, qaboy) dövretmə xüsusiyyəti yoxdur. Yalnız zurna və balabanda dövretmə var. Azərbaycanda xalq artisti, qaboy ifaçısı Kamil Cəlilov digər qaboyçalanlardan seçilir, yəni aləti ağızdan buruna və geriyə dövretmə ilə çalır.