azərbaycanlı ilk fotoqraf - mircavad axundzadə 1909 - 1996

aysun asgarova
Fotokameranın Çar Rusiyasına gəldiyi vaxtlarda Azərbaycanda ilk fotoları ,əsasən, ruslar və digər millət nümayəndələri çəkiblər. Mircavad Axundzadə isə 1918-ci ilin mart soyqırımlarını öz kiçik fotoaparatı ilə çəkərək ilk azərbaycanlı peşəkar fotoqraf kimi tarixə düşmüşdür. Məşhur Axundzadələr nəslindən olan atası Seyidağa Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Hətta O,Hacı Zeynalabdin Tağıyevin "Kaspi" mətbəəsində çalışmış, ara-sıra dövri-mətbuatda çap olunmuşdu. Lap kiçik yaşlarında fotoya həvəs göstərən Mircavad tez-tez atasının işlədiyi mətbəəyə gedir. Orada Lifşits adlı bir alman balaca Mircavadın bu marağını görmüş və ona fotoaparat hədiyyə etmişdi. Mircavad artıq 9 yaşında ikən fotoaparatla şəkillər çəkməyə başlamışdı. Onun haqqında Şamil Nəcəfzadənin rejissorluq etdiyi “Ağ-qara dünya” adlı qısametrajlı sənədli film çəkilib. Film Aşqabadda “Firuzə baharı” festivalında mükafat qazanıb. Rejissorun sözlərinə görə, filmi çəkəndə qocaman fotoqrafın gözləri görmürdü. "Biz filmi çəkəndə çalışırdıq ki, bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda da nəvəsi kino təsvirlərini onun qulağına pıçıltı ilə danışırdı." azərbaycanlı ilk fotoqraf - mircavad axundzadə 1909 - 1996
foto