Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyev

huseynovaa
Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyev
foto
Eliyar Eliyev 1957 - ci il 14 dekabrda Qubadlı rayonun Qazyen kəndində anadan olub. 1979 cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Universitetini fərqlənmə diplomu ilə bitirərək bir müddət Qubadlı rayon Dondarli kend orta məktəbində idman müəllimi işləyib. Hərbi xidməti başa vurduqdan sonra Soranski Dövlət Universiteti ona idman üzrə tanınmış mütəxəssis kimi müəllim işləməyə dəvət edir ve Eliyar Eliyev həmin məktəbdə iki il müəllim işləyir. Atasının ölümü ilə kəndə qayıdır ve müəllim, Məhsul Kənd Cəmiyyətinde ise Rayon Şöbəsinin məşqçisi kimi işləyir. 1985 - ci ildən isə könüllü Bədən Tərbiyəsi və Idman Cəmiyyəti Rayon Şöbəsinin sədri seçilib. Qarabağ müharibəsi başlayanda Eliyar Eliyev konullu olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox hərbi işin təşkilatçısı kimi gosdermeye başlayır. Əvvəlce taborun təşkilat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. 1988 - ci ilin fevral ayında Xankəndindeki ilk erməni mitinqlerinden sonra Ermənistandan azərbaycanlilarin deportasiyasi başlandı ve ilk qaçqın dalğası Qubadlidan keçdi. Sisiandan, Qafandan, Gorusdan qovulan döyülüb təhqir edilən azərbaycanlılarin bir qismini qubadlilar qəbul etdilər. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Qubadlınin strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları burada terror təxribatları törətməyə çalışırdılar. Elə o illərde Xalq Hərəkatının başçısı Demokratik Qüvvələrinin rəhbəri kimi tanınan Eliyar Eliyev könüllülərdən ibarət dəsde təşkil edir. Onun təşkil etdiyi tabor camaat arasında pəhləvanlar taboru kimide tanınirdi. Çünki könüllülərin əksəriyyəti onun rehberlik etdiyi könüllü Bədən Tərbiyəsi ve İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o təvazökarlıq gosderib komandir olmur. 1992-ci ildə Eliyar Eliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir. Sonradan isə taborun rəhbərliyi ona həvalə olunur . 1992 - ci il sentyabrın 30 da Laçın rayonu istiqamətində döyüşə rəhbərlik edib. 1991-ci ilin may ayında Qubadlınin Yuxarı Cibisli kəndində, 1992-ci ilin oktyabr ayının 12 de isə bu rayonun Topağat, Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə onun rehberlik etdiyi alay düşmənə ağır itkilərə məruz qoymuşdur. Eliyar Eliyevin rəhbərlik etdiyi alayın topçulari, Xocalı soyqırımından bir neçə gün sonra yuxarıların əmri olmadan Gorusun altını üstünə çevirmiş Moskva və İrəvan kütləvi informasiya vasitələri bu hücum zamanı 336 nəfərin öldürüldüyünü yazmışdı. Bununla bağlı Ermənistanda üç gün matəm elan edilmişdi. İrəvanda keçirilən mitinqlərdə Eliyar Eliyeve və onun 3 döyüşçüsune ölüm hökmü çıxarılmışdı. 1992-ci il 16 apreldə Qarabebir ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə xaricdə xüsusi hazırlıq keçmiş 50 nəfərlik diverziya qrupu Lovazar körpüsünü partladıb Qubadlınin sərhəd kəndlərini rayon mərkəzi ilə əlaqəsini kəsmek, strateji yüksəklikləri elə keçirmək üçün hücuma keçmişdir Kəşfiyyat məlumatları nəticəsində bundan xəbər tutan ve onların yolunu gözləyən Eliyar Eliyev ve döyüşçüləri onları mühasirəyə alaraq desde başçılarida daxil 11 düşmən əsgərini məhv etmiş, həmin meyitləri azərbaycanlı əsirlərlə dəyişdirmişdirler. 1992 - ci ilin iyun ayının 24 de Qubadlı rayon mərkəzini bombalamagi nəzərde tutan 3 vertolyotu vurub salanda Eliyar Eliyevin döyüşçüləri olmuşdur. Eliyar Eliyev 1992-ci ilin avqust ayında həyata keçirilən Şurnuxa əməliyyatinda da iştirak edib. Qarabağ müharibəsi qazisi Sadiq Pasayevin sözlərinə görə "Azərbaycan əsgərləri iki rayonun arasındakı yolu kəsib düşmən əsgərlərinin əlaqəye girmələrinə mane olurmuş".Orda ermənilərin 100 nəfərdən çox canlı qüvvəsi toplanmışdı . Azərbaycan əsgərləri iki qrup idi. Bir bölük ve təxminən 40 - 45 nəfərdən ibarət olan bir tağım. Əməliyyat bir gün çəkdi ve ermənilər 80 den çox canlı qüvvə, bir neçə texnika itirdi. Gorusun Şurnuxu kendindeki postu darmadağın etmiş Eliyar Eliyev ve döyüşçüləri 20 rus ve erməni silahlısını canlı olaraq elə keçirmişdi. Onlar işğalın son günlərinedek Qafan, Gorus yolunu nəzarətde saxlamağı da bacarmışdilar. Azərbaycan qüvvələrində bir-iki yüngül yaralı var idi ve itki verilməmişdi. Eliyar Eliyev 1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçıni 40 a qədər kəndini 4 gün ərzində ermənilərdən azad etmişdi. Eliyar Eliyevin son döyüşü 1992-ci ilin oktyabr ayının 3 de Laçının iki kilometrliyində olub. Tikanlı Zəmi yüksəkliyi uğrunda döyüşdə tabor komandiri ve onun sürücüsü Elisaedet Ağayev qəhrəmancasına şəhid olublar. Eliyar Eliyev doğuldu kendde dəfn olunub. Döyüş yoldaşlarının sözlərinə görə bütün Qubadlı kədərə büründü ve ona 40 gün yaş saxladı. Təbii ki bu ona camaatın məhəbbətindən irəli gəlirdi Hamı onunla fəxr edirdi. Həmişə ona deyirdilər ki Eliyar kimi oğlu olan oba basılmaz. Ölümünün 40 - ci günü rayon mərkəzində onun abidəsinin açılış oldu.
1

Paylaşım haqqında rəylər

admin admin
Gözün aydın igid!
Bu başlıqdakı paylaşımları gör