Azad Şükürov

gulu1096
📍Azad Şükürovun bioqrafiyası

Azad Şükürov 1959-cu il Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. Orta təhsili zamanlarda belə özfəaliyyət dərnəyinin fəal üzvlərindən olub. Daha sonra Xətai adına mədəniyyət sarayının nəznində fəaliyyət göstərən Azərbaycan xalq teatrına üzv yazılıb.

Azərbaycan Dövlət İncəsənət İnsititunun aktyorluq fakültəsində-Rza Təhmasibin kursunda təhsil alıb. İnsititu fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət dram teatrında,Şuşa Dövlət Musiqili Dram teatrında çalışıb.

1992-2009-cu illərdə Bakı Bələdiyyə Teatrında çalışmışdır.1990-cı ildən Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasında işləyən Azad Şükürov 6 il orada kafedra müdiri olub,hal-hazırda da dosentdir.

Rol aldığı filmlər və seriallar⬇️:
Oyun(film,2003)
Yeni həyat(film,2005)
Yalan(film,2005)
Cavid ömrü(film,2007)
Tərsinə çevrilən dünya(film,2011)
Sübhün səfiri(film,2012)
Qağayı(film,2012)

Vicdan haqqı(teleserial,2016)