aysunun arzuları bitdi

gulu1096
aysunun arzuları bitdi
foto


Heç bilirsiniz kənd uşaqlarının nə qədər arzuları olur?
Dəniz görmək, bulvarda gəzmək, metroya minmək..
O deeey! Dağ boyda arzular!

Heç bilirsiniz, bu gün neçə arzular solur?
Tələbə olmaq, müəllimə olmaq, valideyn olmaq....
O deeey! Dağ boyda arzular!

Heç bilirsiniz. Bu gün kim öldü?
Aysuyla birgə atası, anası...
Gələcəyi, ümidləri, vəfası...
O deeey! Dağ boyda arzuları!

Heç bilirsiniz. Bu gün nə öldü?
7 ilə sığan 7 min əziyyət, xəcalət,
səfalət , qəm-kədər, qubar!
Ay kimi parlaq, su kimi təmiz!
O deeey! Dağ boyda arzuları!

Heç bilirsən, bu gün kim öldü?
Bu gün mən ölmüşəm, xəbərin yoxdur.
Onun gözlərində, can yarasında!
Namazım qılınıb, dəfn olunmuşam.
Körpə Aysunumun arzularında!

Pərviz Hüseyn.
27.10.2020
Foto; Əziz Elxanoğlu

Paylaşım haqqında rəylər

Bu başlıqdakı paylaşımları gör